Bələdiyyə sədri vətəndaş qəbulu keçirib
Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədovun və aparatın məsul işçilərinin iştirakı ilə növbəti səyyar görüş Əbdülvahab Salamzadə küçəsi 7 ünvanda keçirilmiş,sakinlərin istək və arzuları dinlənmişdir. Sakinlər adından çıxış edən bələdiyyənin məhəllə komitəsinin sədri Şahin Quliyev uşaqlar üçün yelləncəklərin,sürüşkənlərin quraşdırılmasını və sakinlərin asudə vaxtlarını keçirmək üçün 2 ədəd söhbətgahın quraşdırılmasını xahiş etdi. Görüşdə sakinlər rayon ərazisində görülən işlərə görə Yasamal rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənova və Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədova öz minnətdarlıqlarını bildirmişlər. Sonda sakinlərin səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.
Rayon ərazisində sakinlərlə səyyar görüşlər bələdiyyə tərəfindən mütəmadi olaraq davam etdirilir.
Yasamal Bələdiyyəsi
Rəylər
0 Rəy