Yeni Suraxanı bələdiyyəsinin büdcə gəlirlərində artım müşahidə olunub
“Suraxanı rayonu Yeni Suraxanı bələdiyyəsi büdcə gəlirlərinin artırlması üçün ciddi cəhdlə çalışır”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Fuad Rəhimov bildirib.
Sədrin sözlərinə görə, əgər otən ilin oktyabr ayında bələdiyyənin əmlak və torpaq vegisindən əldə etdiyi maliyyə vəsaitinin həcmi oktyabr ayı üzrə 3.395 manat olmuşdsa, cari ilin oktyabr ayında əldə olunan vəsaitin həcmi 6.675 manata bərabər olub.
Yeni Suraxanı bələdiyyəsinin 2024-cü il oktyabr ayı üzrə daxilolmalar üzrə yerli büdcə gəlirləri ilə ötən 2023-cü ilin eyni ayı ilə müqayisədə büdcə gəlirlərində 50 fazilik artım olmuşdur.
Bələdiyyənin vergi xidməti ilin sonunadək həm vergi ödəyiciləri ilə görüşlər keçirməyi, həm də vergi borclarının toplanılması üçün var qüvvə ilə çalışacaqdır.
Belediyye.info
Rəylər
0 Rəy