Bələdiyyə sədri: “Qəsəbədə il ərzində yeddi mindən artıq ağac əkilib”
““Yaşıl
Dünya Naminə Həmrəylik İli” ilə bağlı təsdiq olunmuş tədbirlər planına uyğun
olaraq Türkan bələdiyyəsi tərəfindən qəsəbə ərazisində il ərzində 7 mindən
artıq ədəd ağac əkilmişdir”-bu fikirləri
Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Böyükağa Yarıyev bildirib.
Sədr
qeyd edib ki, Xəzər RİH-in təşəbbüsü ilə keçirilən ağacəkmə tədbirlərinin
keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın
qorunmasını təşviq etməklə ətraf mühitin qorunması və sağlamlaşdırılmasına töhfə
verməkdir.
Yaşıllıqların çoxaldılması məqsədilə müxtəlif yerlərdə yeni
ağac tingləri əkilmiş, ətraf mühitin qorunması məqsədilə istirahət parkları, qəbristanlıqlar
məişət tullantılarından, alaq otlarından təmizlənmiş, əhalinin sağlamlığının
qorunması, sanitar-epidemioloji təhlükəsizliyin təmin olunması məqsədilə bəzi
yerlərdə dezinfeksiya işləri aparılmışdır.
Keçirilən iməcliklər və ağacəkmə aksiyaları ərazidə ekoloji
tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının
təmin edilməsi, qəsəbənin daha da gözəlləşməsi istiqamətində görülən işlərin
davamına bir töhfə olmuşdur.
Sədr sonda qeyd edib ki, mövsüm ərzində qəsəbədə ərazinin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməcliklər davam etdiriləcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy