Təmraz Tağıyev: “”Post COP” dövründə həyata keçirləcək layihələrə Nərimanov bələdiyyəsi də öz töhfəsini verməyə hazırdır”
"Bu gün dünyanın gözü və diqqəti Azərbaycandadır. Planetimizin gələcəyini düşünən hər kəs Bakıda keçirilən COP29 tədbirində qəbul ediləcək qərarları diqqətlə izləyir. Bu prosesləri mənim də təmsil olunduğum Türk Dünyası Bələdiyyələr Birlinin (TDBB) nümayəndə heyətinin üzvləri də diqqətlə izləyir”- bu fikirləri Belediyye.infoya TDBB-nin İdarə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev deyib.
BMT-nin İqlim Dəyişikliyi Konfransı çərçivəsində Türkiyə Pavilyonunda “Yerli idarələrdə iqlim dəyişikliyi ilə mübarizə səyləri” adlı Panelində iştirakından danışan sədr bildirib ki, qlobal iqlim dəyişikliyi bütün bəşəriyyətin ortaq problemidir və uğur ancaq birlikdə həll edilməlidir.
Sədr bildirib ki, Azərbaycanın COP29-a sədrliyə başladığı ilk gündən Prezident İlham Əliyev dəfələrlə dünya dövlətlərinə müraciət edib ki, kiçik dövlətlərə maliyyə yardımlarının ayrılması çox zəruri məsələdir. Azərbaycan bu işdə körpü rolu oynayan bir dövlət kimi çıxış edir. Dövlət başçısı iqlim dəyişikliyi ilə əlaqədar dünya dövlətlərini həmrəy olmağa çağırıb.
Ölkəmizin evsahibliyi etdiyi bütün beynəlxalq tədbirlər kimi, COP29 konfransını da yüksək səviyyədə davam edir. Bu təbdiri yüksək səviyyədə təşkil etməklə ölkəmiz dünya arenasında növbəti qələbəyə imza atnış oldu.
COP 29 hazırlıqlar dövründə, habelə Post COP29 dövründə həyata keçirkləcək layihələrə maliyyə imkanları çərçivəsində Nərimanov bələdiyyəsi də öz töhfəsini verməyə hazırdır.
Qeyd edək ki, iqlim dəyişikliyi məsələlərinin müzakirə edildiyi dünyanın ən mühüm təşkilatlarından biri olan COP 29-da 169 ölkədən 72 min insan iştirak edir.
Belediyye.info
Rəylər
0 Rəy