Elşad Vəliyev: “Yüksəlişimiz son illərdə bələdiyyədə vergi-uçot sisteminin düzgün qurulması ilə başlayıb”
“Bu gün qanunvericiliklə
həvalə olunmuş vergi və qeyri-vergi mənbələri üzrə gəlirlərin maksimum dərəcədə
yerli büdcəyə cəlb edilməsi hər bir bələdiyyənin əsas vəzifəsi olmalıdır. Biz də
Xətai bələdiyyəsi olaraq bunun üçün son beş il ərzində ciddi addımlar atmışıq” -bu
fikirləri adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev deyib.
Vergi xidmətinin
rəhbəri Natiq Sayadov, baş mühasib Rasim Məmmədov, bələdiyyənin ərazi, idarətetmə,
uçot və qeydiyyat şöbəsinin mütəxəssisi Həmid Həmidov, habelə “Bələdiyyələrin fəaliyyətinin
təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin iştirakı ilə keçirlən görüşdə
sədr Elşad Vəliyev qeyd edib ki, bələdiyyənin
fəaliyyətinin səmərəliliyinin ən mühüm şərtlərindən biri seçicilərin, yerli əhalinin
onlara inamının, dəstəyinin olmasıdır. Yerli əhəmiyyətli problemlərin həllini təşkil
etmək, ərazidə yaşayan və çalışan vətəndaşların sosial qayğıları ilə məşğul
olmaq, sakinlərin yaşayışı və istirahəti üçün sağlam mühit yaratmaq və qorumaq
bələdiyyənin əsas vəzifələrindən biridir.
Xətai bələdiyyəsi
olaraq əhalinin etimadını doğrultmaq üçün bütün qüvvələrimizi səfərbər etmişik.
Məhz kollektivin birgə fəaliyyətinin nəticəsidir ki, oktyabr ayı ərzində əldə
etdiyimiz maliyyə vəsaitinin həcmi rekord
həddə çataraq 272 min manatı keçib. On il əvvəl il ərzində bu qədər vergi yığan
bir bələdiyyə, bu gün artıq o vəsaiti ay ərzində toplayır. Bu yüksəlişin əsas səbəbi
bələdiyyədə son illərdə vergi-uçot sisteminin düzgün qurulması ilə başlayıb.
Görüşdə
sədr bələdiyyənin əldə etdiyi bəzi rəqəmlərə də yer ayırdı:
“Xətai bələdiyyəsi
əgər 2020-cu il üzrə cəmi 463.932 manat, ondan əmlak vergisi 281.340
manat əldə etmişdisə, bu rəqəm ötən il 2.122.264
manat olub ki, onun da 1.201.772 manatı əmlak
vergisindən olub. 2024-cü ilin artıq on ayı
ərzində büdcə daxilolmalarının həcmi 1.922.345 manat olub. Nəzərə alaq ki, ötən
il büdcə gəlirləri sırasında subvensya layihəsinin icrası üçün 350 min manatda ayrılmışdı. Demək, artıq
oktyabr ayında ötən ildə əldə etdityimiz rəqəmi artıq keçmişik. Bu artımlar
sırasnda əmlak vergisinin həcminin diqqətiçəkən dərəcədə artmasında 2023-cü ildən BAMS proqramının
Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya olunmasının
da mühüm rolu olub. Artıq doqquz ay ərzində əldə olunan əmlak vergisnin həcmi 1.255.580
manat olub. Məhz inteqrasiya səbəbində hər
ay ötən ilin müvafiq dovrü ilə müqayisədə əmlak vergisinin həcmi 12-15 faiz
artıq olur. İlin sonunadək ümumi büdcə gəlirlərində ümumi artım 20 faizi keçəcək.”
Sədr qeyd edib ki, ötən ildə ölkə bələdiyyələri
arasında büdcə daxilolmalarına görə, əldə etdiyimiz birinciliyi bu ildə uğurla
qoruyacağımıza əminik.
Məhz əldə etdiyimiz maliyyə vəsaiti ilə Xətai
rayonunda RİH-nin təşəbbüsü ilə saysız-hesabsız layihələr icra olunub və icra
olunmaqdadır. Hər bir layihənin icrasında biz Xətai RİH-in dəstəyini hiss
edirik.
Görüşdə o da bildirilib ki, əgər hüquqi müstəvidə,
o cümlədən bəzi normativ-hüquqi aktlardakı boşluqlar aradan qaldırılmış olsa büdcə gəlirlərimiz daha artıq
ola bilər.
Məhz bələdiyyənin bu gün mehmanxana resumlarının,
avtodayanacaqlarla bağlı ödənişlərin az olması da məhz qeyd edilən istiqamətdəki
boşluqlar səbəbindəndir.
Görüşdə bildirildi ki, hazırda ölkəmiz COP 29 kimi
mötəbər bir tədbirə ev sahibliyi edir. COP 28-un Liderlər Sammitində 200
ölkənin yekdil qərarı ilə COP29-a ev sahibliyi etmək səlahiyyətinin ölkəmizə
verilməsi Azərbaycana olan hörmətin əlaməti, beynəlxalq arenada Prezident İlham
Əliyevin aktiv fəaliyyətinə verilən qiymətdir.
Bu gün bizdə bir bələdiyyə olaraq COP 29-a hazırlıqlarda, istərsə də Post-COP dövründə
yaşıl dünya naminə görüləcək işlərə öz töhfəmizi bundan sonra da verməyə
hazırıq.
Görüş iştirakçıları müzakirələr zamanı qaldırılan məsələlərlə bağlı öz fikir və
mülahizələrini bildiriblər.
Belediyye.info