Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-12-2024 , 16:33

567

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

“Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi” mövzusunda konfrans keçirilib

“Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi” mövzusunda konfrans keçirilibSədaqət Qəhrəmanova

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi” mövzusunda konfrans keçirilib.

"Report"un məlumatına görə, konfransın təşkilində məqsəd bələdiyyələrdə komissiyaların işinin təşkili, ailələrdə gender münasibətlərinin formalaşdırılması, gender əsaslı zorakılığın qarşısının alınması, bu sahədə mövcud vəziyyətin təhlili və fikir mübadiləsinin aparılmasıdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, komissiyaların işinin asanlaşması və əhalinin düzgün məlumatlandırılması üçün əlçatanlığı təmin etmək lazımdır:

"Sosialyonlü qanunlar cəmiyyətə xidmət etmək üçün qəbul edilir. Bizim əsas məqsədimiz həmin qanunların mahiyyətini tədbirlər, konfranslar təşkil edərək insanlara çatdırmaqdır".

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva vətəndaşlara göstərilən xidmətlərdən danışıb:

"Son 11 ayda 10 bələdiyyədə 64 ailənin ailə-məişət məsələsi müzakirə olunub. Həmin məsələlərə təhsildən yayınma, vətəndaş hüququnun bərpası, tövsiyə xarakterli danışıqlar aiddir".

Gəncə şəhəri Nizami Bələdiyyəsinin sədr müavini, Gender Komissiyasının sədri Leyla Məmmədova isə gender mövzusunda göstərilə biləcək xidmətlərdən bəhs edib.

"Gəncə şəhərində məişət zorakılığına məruz qalan 16 gənc xanıma ödənişsiz şəkildə həkim və psixoloq dəstəyi göstərilib, bağçalarda fəaliyyət göstərən rəhbər şəxslərlə təlimlər keçirilib. Lakin bu fəaliyyətlərin davamlı olması çox önəmlidir. Maliyyə və güc baxımından dəstək lazımdır", - deyə o əlavə edib.

Tədbirin mövzusunun aktuallığına diqqət çəkən “Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin icraçı direktoru Tofiq  Həsənov Azərbaycanda bələdiyyə sisteminin yaradıldığı ilk illərlə müqayisədə qadınların say tərkibinin nəzərə çarpacaq dərəcədə artdığını və Azərbaycanın Avropa ölkələri sırasında 5-ci olduğunu deyib. Bələdiyyələrin fəaliyyəti ilə bağlı qarşıya çıxan çətinliklərdən söz açan T.Həsənov, gender komissiyalarının fəaliyyətində beynəlxalq təcrübənin tətbiqinin önəmli olduğunu vurğulayıb, bir sıra təkliflər irəli sürüb.

Konfransın yekun müzakirələri zamanı bələdiyyələrin əhali ilə iş prosesində  təşəbbüskarlığının önəmi vurğulanıb, mənzil-istismar müəssisələri ilə əməkdaşlıq, bələdiyyələrin işinə psixoloqların, könüllülərin cəlb olunması kimi təkliflər səsləndirilib.

https://report.az/daxili-siyaset/belediyyelerde-yaradilmis-gender-komissiyalarinin-isinin-guclendirilmesi-movzusunda-konfrans-kecirilib/


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Elşad Vəliyev Xətai bələdiyyəsinin sədri seçilib 


Gündəlik Xəbərlər
17-02-2025
216

Bələdiyyə sədrləri nə vaxt seçiləcək? - AÇIQLAMA

Gündəlik Xəbərlər
15-02-2025
285

Assosiasiyada Təmraz Tağıyevin yubileyi qeyd edilib 

Gündəlik Xəbərlər
14-02-2025
282

MSK bu gün bələdiyyə seçkilərinə yekun vuracaq

Gündəlik Xəbərlər
14-02-2025
393