Səbail bələdiyyələri növbəti ağacəkmə aksiyası keçirib
Yaşıl dünya naminə həmrəylik ili
çərçivəsində Səbail RİH-in təşəbbüsü, Səbail və Badamdar
bələdiyyələrinin birgə təşkilatçılğı ilə rayonun Saylan yolu 20, 22
ünvanında ağacəkmə aksiyası keçirilirb.
Aksiyada
Səbail rayon bələdiyyələrinin üzv və qullquçuları, habelə könüllülər iştirak
ediblər. Aksiyada 100 dən artıq “Eldar”
şamı və zeytun ağacları əkliərək aqrotexniki qulluq göstərilib.
Bu
barədə məlumat adıçəkilən bələdiyyərdən
daxil olub.
Məlumatda qeyd edilir ki, aksiyanın məqsədi ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyətin və təbiətə qayğının təbliği ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir.
Rəylər
0 Rəy