Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-12-2024 , 17:54

1525

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev:  “Vidadi Babanlı kimi  tanınmış ziyalının  hər bir müraciəti bələdiyyənin daim diqqət mərkəzində olub”         

Bu gün Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev tanınmış  nasir, şair və  tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, "Şərəf" ordenli Vidadi Babanlının ziyarətində olub. 

Görüşdə tanınmış ziyalını narahat edən məsələlər ətrafında söhbət aparılmış və həlli ilə bağlı addımlar atılmışdır. 

Təmraz Tağıyev  bildirib ki,  Vidadi Babanlı kimi yaradıcı şəxsiyyətlər həyatın bütün sevincini istedadın onları məhkum etdiyi ağır zəhmətdən alırlar. Qarşıya qoyduqları amallara yetişmək sözü və zəkası ilə ucalan bu insanlar üçün dünyanın ən böyük xoşbəxtliyidir. 

Bizdə Nərimanov  bələdiyyəsi olaraq inzibati ərazimizdə yaşayan hər bir  tanınmış ziyalı, habelə şəhid və qazi ailələri daim bələdiyyənin diqqət mərkəzində saxlayır, hər zaman onlara  maddı və mənəvi dəstək göstərməyi bələdiyyə olaraq özüümzə  borc bilirik.

Sədr qeyd edib ki,  hazırda ömrünün 97-ci ilin yaşayan Vidadi Babanlı bundan sonra da bələdiyyə tərəfindən hər bir qayğı ilə əhatə olunacaqdır.   

Görüşdə Vidadi Babanlı onun müraciətinə həssaslıqla yanaşdığına görə Nərimanov bələdiyyəsinə təşəkkürünü bildirərək qonaqlara özunün çap olunmuş  "Sonuncu ismarıc"  adlı kitabını hədiyyə etmişdir.

Görüşdə tanınmış ziyalının qızı Leyli Babanlı və bələdiyyənin şöbə müdiri Nizami Babaşov iştirak ediblər.  

Belediyye.info 


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər