Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

14-11-2026 , 14:48

129

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov: “Sakinlərin müraciətlərinin problemlərin mərhələli şəkildə həlli bələdiyyənin fəaliyyətində əsas istiqamətlərdən biridir”


Sabunçu rayonu, Maştağa Bələdiyyəsi qəsəbə ərazisində mövcud infrastrukturun yaxşılaşdırılması, məhəllədaxili yolların təmiri və sakinlərin gündəlik rahatlığının təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Bu barədə Maştağa Bələdiyyəsinin sədri Anar Adıgözəlov məlumat verib.

Bələdiyyə sədri bildirib ki, Maştağa Bələdiyyəsinin 03 noyabr 2026-cı il tarixli, 22 saylı iclas protokolunun müvafiq qərarına əsasən, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində yerləşən Şəhid Nicat Qasımlı küçəsinin bir hissəsində, məhəllədaxili yol-dalanda cari təmir və abadlıq işləri həyata keçirilib.

Onun sözlərinə görə, sakinlərin kollektiv müraciəti nəzərə alınaraq əraziyə baxış keçirilib, yolun texniki vəziyyəti və mövcud problemlər yerində araşdırılıb. Aparılmış qiymətləndirmə əsasında müvafiq Qüsur Aktı tərtib edilib və təmir işlərinin görülməsi ilə bağlı qərar qəbul olunub.

05–06 noyabr 2026-cı il tarixlərində aparılan işlər zamanı xüsusi texnikanın köməyi ilə yolun səthi hamarlanıb, karbonat materialı əlavə edilməklə yolun əsası möhkəmləndirilib, daha sonra şeben materialı döşənərək sıxlaşdırma işləri yerinə yetirilib.

A. Adıgözəlov qeyd edib ki, təmir işlərinə qədər xüsusilə yağışlı havalarda palçıq və gölməçələrin yaranması sakinlərin hərəkətində ciddi çətinliklərə səbəb olurdu. Görülən tədbirlər nəticəsində yolun vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb və ərazi nəqliyyat vasitələrinin, eləcə də piyadaların hərəkəti üçün daha əlverişli vəziyyətə gətirilib.

Bələdiyyə sədri vurğulayıb ki, sakinlərin müraciətlərinin operativ araşdırılması və yerli əhəmiyyətli problemlərin mərhələli şəkildə həlli Maştağa Bələdiyyəsinin fəaliyyətində əsas istiqamətlərdən biridir. Bu cür işlərin həyata keçirilməsində ərazinin real ehtiyacları, sakinlərin müraciətləri və yerli büdcənin maliyyə imkanları əsas götürülür.

Anar Adıgözəlov bildirib ki, Maştağa Bələdiyyəsi bundan sonra da qəsəbənin müxtəlif ərazilərində yol infrastrukturunun yaxşılaşdırılması, abadlıq işlərinin aparılması və sakinləri narahat edən problemlərin aradan qaldırılması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcək.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Mətanət Nəsibovaya ağır itki


Bakı
15-09-2026
959