Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-11-2026 , 00:07

133

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Osman Quliyev: “Bələdiyyənin maliyyə imkanlarının genişləndirilməsi qarşıdakı dövrün əsas prioritetlərindəndir”


Qaradağ rayonu Qobustan bələdiyyəsinin sədri Osman Quliyev Belediyye.infoya 2027-ci il üçün hazırlanmış büdcə layihəsi barədə məlumat verib.

Sədr bildirib ki, büdcə layihəsi artıq bələdiyyə iclasında müzakirə olunub. Müzakirələr zamanı layihəyə bir sıra təklif və düzəlişlərin edilməsi, daha sonra yenidən işlənərək təqdim olunması qərara alınıb. İlkin proqnozlara əsasən, 2027-ci ildə bələdiyyə büdcəsinin həcminin 100 min manat olması nəzərdə tutulur.

Osman Quliyevin sözlərinə görə, növbəti ilin büdcəsi hazırlanarkən ərazidə mövcud olan sosial ehtiyaclar, kommunal və abadlıq məsələləri, eləcə də bələdiyyənin qarşısında duran əsas vəzifələr nəzərə alınıb. Büdcə vəsaitlərinin bölgüsündə bələdiyyənin fəaliyyətinin səmərəli təşkili ilə yanaşı, sakinlərin müraciət və ehtiyaclarının qarşılanması da əsas istiqamətlər kimi müəyyənləşdirilib.

Büdcə layihəsində nəzərdə tutulan vəsaitin əhəmiyyətli hissəsinin yerli əhəmiyyətli məsələlərin həllinə yönəldilməsi planlaşdırılır. Bu çərçivədə aztəminatlı ailələrə sosial dəstəyin göstərilməsi, maddi imkanı məhdud ailələrdə vəfat edən şəxslərin dəfn və yas mərasimləri ilə bağlı maddi yardımın ayrılması, qəbiristanlıqların lazımi vəziyyətdə saxlanılması, mədəni-kütləvi tədbirlərin təşkili, bələdiyyə yollarının təmiri və ərazinin abadlaşdırılması diqqət mərkəzində olacaq.

Bələdiyyə sədri qeyd edib ki, maliyyə imkanlarının genişləndirilməsi də qarşıdakı dövrün əsas prioritetlərindəndir. Bu məqsədlə mövcud gəlir potensialının daha səmərəli qiymətləndirilməsi, əlavə gəlir mənbələrinin araşdırılması, əmlak və torpaq vergiləri, eləcə də icarə haqları üzrə daxilolmaların artırılması istiqamətində işlərin gücləndirilməsi nəzərdə tutulur.

Osman Quliyevin bildirdiyinə görə, son dövrün göstəriciləri bələdiyyə büdcəsinin gəlirlərində müsbət dinamikanın olduğunu göstərir. Belə ki, 2025-ci ilin ilk 10 ayında bələdiyyə büdcəsinə 21 499 manat vəsait daxil olduğu halda, 2026-cı ilin eyni dövründə bu rəqəm 25 612 manata yüksəlib. Beləliklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 113 manat və ya təxminən 19,1 faiz artım qeydə alınıb.

Sədr vurğulayıb ki, büdcə gəlirlərində əldə olunan artım müsbət göstərici olsa da, bələdiyyənin maliyyə bazasının daha da möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilməlidir.

Osman Quliyev əlavə edib ki, 2027-ci ildə də bələdiyyənin fəaliyyətində şəffaflığın təmin edilməsi, maliyyə vəsaitlərindən təyinatı üzrə və səmərəli istifadə olunması, eləcə də sakinlərin maraq və ehtiyaclarına uyğun layihə və tədbirlərin həyata keçirilməsi əsas prinsiplər olacaq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər