Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-09-2026 , 14:15

178

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Xətai rayonunda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib


28 sentyabr 2026-cı il tarixində Vətən müharibəsi şəhidləri Musayev Sədi Süleyman oğlu, Şükürlü Elvin Azad oğlu və Rəhimli Kamil Vəli oğlunun məzarları ziyarət edilib.

Ziyarətdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyev, şəhidlərin döyüş yoldaşları, ictimaiyyət nümayəndələri, ailə üzvləri və yaxınları iştirak ediblər.

Şəhidlərin məzarları ziyarət olunaraq ruhlarına dualar oxunub, məzarları önünə tər gül-çiçək dəstələri düzülüb. Ziyarət zamanı şəhidlərin keçdikləri şərəfli döyüş yolu və Vətən qarşısında göstərdikləri qəhrəmanlıq bir daha ehtiramla yad edilib.

Xətai Rayon Bələdiyyəsinin sədri Elşad Vəliyev şəhidlərin xatirəsinin daim uca tutulmasının, şəhid ailələrinə göstərilən diqqət və qayğının davamlı olmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, şəhidlərin ailələri ilə bağlı məsələlərin və onların müraciətlərinin hər zaman diqqət mərkəzində saxlanıldığını, bu istiqamətdə həssas və diqqətli yanaşmanın bundan sonra da davam etdiriləcəyini bildirib.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ailələri adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, Allahdan hər birinə rəhmət diləyirik.



Rəylər

0 Rəy


Rəy yaz