Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-09-2026 , 20:04

147

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Vüqar Quliyev: “İnanıram ki, həyata keçirilən bu işlər rayon sakinlərinin məmnunluğuna səbəb olacaqdır”

“Nizami bələdiyyəsi tərəfindən rayonun Qara Qarayev prospektində yerləşən bir neçə çoxmərtəbəli yaşayış binasının fasad hissələrinin əsaslı təmirinə start verilib”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Vüqar Quliyev deyib.

Sədr qeyd edib ki, məqsəd binaların fasadlarının yenilənməsi, ərazinin ümumi görünüşünün yaxşılaşdırılması və sakinlər üçün daha səliqəli və abad yaşayış mühitinin formalaşdırılmasıdır.

Sədr inanır ki, Qara Qarayev prospekti 51, 53, 55 və  57 saylı  unvanlarda həyata keçirilən bu işlər həm rayon sakinlərinin, həm də prospektdən istifadə edən vətəndaşların məmnunluğuna səbəb olacaq.

Nizami rayonunun abadlaşdırılması və şəhər mühitinin daha da gözəlləşdirilməsi istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcəkdir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz