Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-09-2026 , 01:15

72

Son xəbərlər

Bütün xəbərlər

DSMF borcunu necə "baglayaq"?

Gündəlik Xəbərlər
14-09-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Elşad Vəliyev Türkiyə - Azərbaycan Universitetini ziyarət edib

Xətai Bələdiyyəsinin sədri Elşad Vəliyev Xətai rayonu, Xocalı prospekti 30 ünvanında yerləşən Türkiyə-Azərbaycan Universitetini ziyarət edib.

Ziyarət çərçivəsində universitetin rektoru, dosent Nəcibə Nəsibova ilə görüş keçirilib. Səmimi dostluq şəraitində keçən görüş zamanı Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də mövcud olan əməkdaşlıq əlaqələrinin faydalı inkişafından danışılıb.

Görüşdə iki qardaş ölkə arasında təhsil və elm sahəsində əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Azərbaycan-Türkiyə münasibətlərinin bütün istiqamətlərdə inkişafı, xüsusilə gənc nəslin təhsilinə və müasir biliklərə yiyələnməsinə yönəlmiş birgə təşəbbüslər mühüm əhəmiyyət daşıyır.

Görüş zamanı Türkiyə-Azərbaycan Universitetinin fəaliyyəti, burada yaradılan təhsil imkanları və gələcəkdə həyata keçirilə biləcək qarşılıqlı əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Həmçinin tələbə və müəllimlər arasında əlaqələrin, qarşılıqlı təcrübə mübadiləsinin və birgə elmi-təhsil təşəbbüslərinin genişləndirilməsinin faydalı olacağı vurğulanıb.

 Elşad Vəliyev Azərbaycan və Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin elm və təhsil sahəsində də özünü uğurla göstərdiyini bildirib. Qeyd olunub ki, bu cür əlaqələr iki ölkənin gələcək inkişafına töhfə verəcək savadlı və peşəkar gənclərin yetişdirilməsi baxımından mühüm rol oynayır.

 Görüşdə tərəflər Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin, o cümlədən elm və təhsil sahəsində əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə ediblər.

Xətai bələdiyyəsi


 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər