Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-07-2026 , 19:41

140

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Tahir Məmmədovun sakinlərlə növbəti səyyar  görüşü keçirilib

Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədovun və aparatın məsul işçilərinin iştirakı ilə Yasamal rayonu Zahid Xəlilov küçəsi 101,103 və 105 saylı binaların sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

Səyyar görüşdə çıxış edən bələdiyyənin sədri Tahir Məmmədov  ilk öncə sakinlərə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovun salamlarını çatdırdı. Daha sonra sakinlər  uşaq meydançasının,oturacaqlar və söhbətgahların təmir edilməsi, ağacların budanması,quru ağacların götürülməsi,məhəllə daxili yola asfalt örtüyünün çəkilməsi və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırdılar.Səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.Yasamal-36 MMC idarə heyətinin sədri, müharibə veteranı Elşad Abbasov, Yasamal-77 MMC idarə heyətinin sədri Nurəddin Qasımov və sakinlərdən Elşən Allahverdiyev çıxış edərək  rayon ərazisində aparılan abadlıq- quruculuq  işlərinə görə Prezident  cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər. 


Rayon ərazisində sakinlərlə səyyar görüşlər bələdiyyə tərəfindən mütəmadi olaraq davam etdirilir.

Yasamal bələdiyyəsi 


  

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər