Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-07-2026 , 19:41

230

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Naidə Məmmədova: “2025-ci illə müqayisədə cari ildə Ələt bələdiyyəsinin büdcə gəlirlərində 13 faizlik artım müşahidə olunub”

“Bu gün Ələt  bələdiyyəsinin əsas məqsədi büdcə gəlirlərini artırmağa yönəlib. Sözsüz ki, ərazidə sənədsiz əmlakın mövcudluğu, üstəlik xəritələrin verilməməsi, ən əsası rüsumların həcminin 25 il ərzində dəyişməz qalması büdcə gəlirlərinin kifayət qədər artrmağa imkan vermir. Bütün bunlara baxmayaraq Bələdiyyələrin Vahis İsformasiya Sisteminin verdiyi bütün imkanlardan yararlanmağa çalışırıq”- bu fikirləri  Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Naidə Məmmədova deyib.

Büdcə gəlirlərinə toxunan sədr qeyd edib ki, 2024-cü ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə  22.322 manat  vəsait daxil olub ki,  onunda  10.658 manatı əmlak vergisindən, 11.664 manatı torpaq vergisindən əldə olunub.

2025-cü ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə  18094 manat  vəsait daxil olub ki,  onunda  9.042 manatı əmlak vergisindən, 9.052 manatı torpaq vergisindən vəsait daxil olub.

2026-cü ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə  20.535 manat  vəsait daxil olub ki,  onunda  9.821 manatı əmlak vergisindən, 10.714 manatı torpaq vergisindən  əldə edilib.

Göründüyü kimi, 2025-ci illə müqayisədə Ələt bələdiyyəsinin büdcə gəlirlərində 13 faizlik artım müşahidə olunub. Bələdiyyənin vergi xidmətinin və kollektivin birgə səyi ilə qarşımıza qoyduğumuz hədəfə doğru çətib də olsa irəliləyirik. Nəticə etibari ilə, əldə edilən gəlirlər sonda vətəndaşların üzləşdiyi problemlərin həllinə yönəldilir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər