Naidə Məmmədova: “2025-ci illə müqayisədə cari ildə Ələt bələdiyyəsinin büdcə gəlirlərində 13 faizlik artım müşahidə olunub”
“Bu gün Ələt bələdiyyəsinin əsas məqsədi büdcə gəlirlərini artırmağa yönəlib. Sözsüz ki, ərazidə sənədsiz əmlakın mövcudluğu, üstəlik xəritələrin verilməməsi, ən əsası rüsumların həcminin 25 il ərzində dəyişməz qalması büdcə gəlirlərinin kifayət qədər artrmağa imkan vermir. Bütün bunlara baxmayaraq Bələdiyyələrin Vahis İsformasiya Sisteminin verdiyi bütün imkanlardan yararlanmağa çalışırıq”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Naidə Məmmədova deyib.
Büdcə gəlirlərinə toxunan sədr qeyd edib ki, 2024-cü ilin
birinci yarısı üzrə bələdiyyə büdcəsinə
22.322 manat vəsait daxil olub
ki, onunda 10.658 manatı əmlak vergisindən, 11.664
manatı torpaq vergisindən əldə olunub.
2025-cü ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə 18094 manat
vəsait daxil olub ki, onunda 9.042 manatı əmlak vergisindən, 9.052 manatı
torpaq vergisindən vəsait daxil olub.
2026-cü ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə 20.535 manat
vəsait daxil olub ki, onunda 9.821 manatı əmlak vergisindən, 10.714 manatı
torpaq vergisindən əldə edilib.
Göründüyü kimi, 2025-ci illə müqayisədə Ələt bələdiyyəsinin
büdcə gəlirlərində 13 faizlik artım müşahidə olunub. Bələdiyyənin vergi xidmətinin
və kollektivin birgə səyi ilə qarşımıza qoyduğumuz hədəfə doğru çətib də olsa
irəliləyirik. Nəticə etibari ilə, əldə edilən gəlirlər sonda vətəndaşların üzləşdiyi
problemlərin həllinə yönəldilir.
Belediyye.info
Rəylər
0 Rəy