Seymur Həsənov: “Vergi xidməti əməkdaşları təlimlərə cəlb edilib”
“Bu gün bələdiyyənin büdcə gəlirlərinin artırılması həm də vergi xidməti əməkdaşlarının hazırlığından və işə münasibətindən çox asılıdır”-bu fikirləri Səbail rayonu, Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov, sədr müavini Samir Məmmədov və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin iştirakı ilə keçirilən görüşdə səsləndirib.
Sədr qeyd edib ki, 24 aprel tarixindən başlayaraq Badamdar bələdiyəsinin Vergi və rüsumların yığılması, uçotu və nəzarəti şöbəsinin əməkdaşları ilə keçiriləcək seminarın planı təsdiq edilərək icrasına başlanılıb.
Seminarların təşkilində əsas məqsəd Vergi məcəlləsi və məcəllə ilə bağlı olan normativ-hüquqi sənədlər barədə seminar iştirakçılarına məlumat vermək, habelə “Bələdiyyə qulluqşularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının qanunun tələblərini seminar iştirakşılarına xatırlatmaq və gələcək iş fəaliyyətlərində etik davranış qaydalarına ciddi əməl olunması barədə tövsiyələr verməkdir
Bununla yanaşı sədr qeyd edib ki, keçiriləcək seminarlarda BAMS
proqramında edilən yeniliklər barədə də vergi xidməti əməkdaşlarına praktiki məlumatların
verilməsi nəzərdə tutulub.
Seminarlar vergi müfəttişlərinin əldə etdikləri nəzəri bilikləri praktik fəaliyyətlə əlaqələndirməklə,
vergi və bələdiyyə sahəsində iş prosesləri ilə daha yaxından tanış olmalarını təmin etməklə, vergi
ödəyiciləri ilə qarşılıqlı əlaqələrin daha da dərinləşdirməklə mövcud problemlərin
aradan qaldırılmasında yardımçı olacaqdır. Təlim müddətində vergi müfəttişləri vergi və
ödənişlərin uçotu, vətəndaş müraciətlərinin qəbulu və digər inzibati işlərin təşkili
ilə bağlı praktiki bilik və bacarıqlarını zənginləşdirəcəklər.
Bələdiyyənin üzləşdiyi problemlərin həlli yolları görüş iştirakçıları tərəfindən ətraflı şəkildə müzakirə edilib.
Qeyd
edək ki, təlim prosesinin icrası sədr müavini Samir Məmmədova həvalə edilib.
Belediyye.info
Rəylər
0 Rəy