Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-07-2026 , 15:24

367

Son xəbərlər

Bütün xəbərlər

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Seymur Həsənov: “Vergi xidməti əməkdaşları təlimlərə cəlb edilib”

“Bu gün bələdiyyənin büdcə gəlirlərinin artırılması həm də vergi xidməti əməkdaşlarının hazırlığından və işə münasibətindən  çox asılıdır”-bu fikirləri Səbail rayonu, Badamdar bələdiyyəsinin sədri Seymur Həsənov, sədr müavini Samir Məmmədov və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin iştirakı ilə keçirilən görüşdə səsləndirib.

Sədr qeyd edib ki, 24 aprel tarixindən başlayaraq Badamdar bələdiyəsinin Vergi və rüsumların yığılması, uçotu və nəzarəti şöbəsinin əməkdaşları ilə keçiriləcək seminarın planı təsdiq edilərək icrasına başlanılıb.

Seminarların təşkilində əsas məqsəd  Vergi məcəlləsi və məcəllə ilə bağlı olan normativ-hüquqi sənədlər barədə seminar iştirakçılarına məlumat vermək, habelə “Bələdiyyə qulluqşularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının qanunun tələblərini seminar iştirakşılarına xatırlatmaq və gələcək iş fəaliyyətlərində etik davranış qaydalarına ciddi əməl olunması barədə tövsiyələr verməkdir

Bununla yanaşı sədr qeyd edib ki, keçiriləcək seminarlarda BAMS proqramında edilən yeniliklər barədə də vergi xidməti əməkdaşlarına praktiki məlumatların  verilməsi nəzərdə tutulub.

Seminarlar vergi müfəttişlərinin əldə etdikləri nəzəri bilikləri praktik fəaliyyətlə əlaqələndirməklə, vergi və bələdiyyə sahəsində iş prosesləri ilə daha  yaxından tanış olmalarını təmin etməklə, vergi ödəyiciləri ilə qarşılıqlı əlaqələrin daha da dərinləşdirməklə mövcud problemlərin aradan qaldırılmasında yardımçı olacaqdır. Təlim müddətində vergi müfəttişləri vergi və ödənişlərin uçotu, vətəndaş müraciətlərinin qəbulu və digər inzibati işlərin təşkili ilə bağlı praktiki bilik və bacarıqlarını zənginləşdirəcəklər.

Bələdiyyənin üzləşdiyi problemlərin həlli yolları görüş iştirakçıları tərəfindən  ətraflı şəkildə müzakirə edilib.

Qeyd edək ki, təlim prosesinin icrası sədr müavini Samir Məmmədova həvalə edilib.

Belediyye.info




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Əziz Zeynalova ağır itki üz verib

Bakı
22-06-2026
1309