Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-07-2026 , 18:06

927

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İsrafil Hüseynov:  “Bu gün qəsəbənin həm qədim və zəngin tarixi irsini qorumaqla yanaşı yeniliklərin tətbiq edilməsində Buzovna bələdiyyəsi öz töhfəsini verməkdədir”

“Cari ildə  “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Buzovna bələdiyyəsi tərəfindən qəsəbə ərazisində bir sıra mühim layihələr həyata keçirilir. Bu layihələr əsasən ilin əvvəlində bələdiyyənin icra aparatı tərəfindən təsdiq edilmiş proqrama əsasən həyata keçirilir”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu, Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov deyib. 

Sədr qeyd edib ki, Azərbaycan zəngin tarixi və mədəni irsini özündə birləşdirən şəhərsalma və memarlıq sahəsində unikal tikililər ölkəsidir. Şəhərsalma yalnız binaların yerləşdirilməsi və yolların planlaşdırılması deyil. O, insanların yaşayış keyfiyyətini artıran sosial, mədəni və ekoloji aspektləri əhatə edir. Bu gün  maddi-mədəni irs daşıyıcıları olan yaşayış məntəqələrinə baxarkən keçmişlə gələcəyin bir nöqtədə qovuşduğunu görmək mümkündür.

Danılmaz bir həqiqət də var ki, ölkəmizdə  şəhərsalma və memarlıq ənənələri əsrlərin sınağından çıxmış zəngin tarixə söykənir. Məhz belə maddi-mədəni irs daşıylcıları ilə zəngin olan yaşayış məntəqələrindən biri də Buzovna qəsəbəsidir. Bu gün qəsəbənin həm qədim, həm də zəngin tarixi irsini qorumaqla yanaşı yeniliklərin tətbiq edilməsində Buzovna bələdiyyəsi öz töhfəsini verməkdədir.

Sədr açıqlamasında daha sonra qeyd edib ki,  Buzovna  qəsəbə ərazisində yerləşən parkın təmir və abadlaşdırılması, sakinlərimizin həyat keyfiyyətinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Məlumdur ki, parklar yalnız istirahət məkanı deyil, eyni zamanda cəmiyyətin sosial həyatının mühüm bir hissəsidir. Sözügedən parkın infrastrukturu artıq köhnəlmişdi, yaşıllıq sahələri lazımi səviyyədə qorunmurdu, yaşlı insanlar və uşaqların istirahəti üçün park müasir tələblərə cavab vermirdi. Bununla bağlı sakinlərin bələdiyyəyə  müraciəti bələdiyyə iclasında müzakirəyə çıxarılaraq yeni layihənin icrası barədə qərar verildi. Buzovna qəsəbəsi, M.Namazov küçəsində yerləşən parkın abadlaşdırılmasının kompleks şəkildə həyata keçirilməsi, parkda yaşıllıq zolaqlarının yenilənməsi, yeni ağac və dekorativ kolların, güllərin mərhələli şəkildə əkilməsi, müasir işıqlandırma sisteminin çəkilməsi, uşaqlar üçün oyun və idman meydançalarının yaradılması, yeni asfalt örtüyünün salınması, yeni səkilərin (bordür) həmçinin oturacaqların, çəpərlərin təmir edilməsi, yenilənməsi, rənglənməsi və parkın yenidən sakinlərin istifadəsinə verilməsi sakinlərə göstərilmiş xidmətin bariz nümunəsidir.

Bu addımla “Şəhərsalma və Memarlıq İli” çərçivəsində bələdiyyə həm də ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində növbəti layihəni yerinə yetirmiş oldu. Belə ki, yaşıllıq zolaqlarında genişmiqyaslı aqrotexniki qulluq işləri aparılıb.

Sədr daha sonra qeyd edib ki, qəsəbənin estetik görünüşünün qorunması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə həyata keçirilən bu işlər bələdiyyənin bundan sonra da xüsusi diqqət mərkəzində saxlanılacaqdır.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər