Ağaəli Məsimov: “Kürdəxanı bələdiyyəsi olaraq fəaliyyətimizi aşkarlıq və şəffaflıq şəraitində qurmağa çalışırıq”
“Fəaliyyətimizdə şəffaflığı təmin etmək, seçicilərimiz qarşısında fəaliyyətimizlə bağlı hesabat vermək bələdiyyə olaraq əsas vəzifəmiz hesab edirik”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Kürdəxanı bələdiyyəsinin sədri Ağaəli Məsimov deyib.
Sədr qeyd edib ki, Kürdəxanı bələdiyyəsi olaraq insanlarla
daim təmasda olmaqla, işlərimizi aşkarlıq və şəffaflıq şəraitində qurmağa
çalışırıq.
Nəzərə alaq ki, üzərimizə düşən vəzifələrin layiqincə
yerinə yetirilməsi və əhali qarşısında bələdiyyənin nüfuzunun artmasına imkan
verir. Qanunçuluğa əməl etmək, əhalinin üzləşdiyi problemlərin həlli üçün bütün
imkanlardan istifadə etmək və mütəmadi olaraq seçicilər qarşısında hesabat vermək
bələdiyyənin başlıca vəzifələridir.
Odur ki, biz də Kürdəxanı bələdiyyəsi olaraq mütəmadi
olaraq vətəndaş qəbulları keçirir, səyyar şəkildə keçirilən görüşlərdə seçicilərin
qaldırdığı problemlərin dinləməklə yanaşı, həlli ilə bağlı addımlar atırıq.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş idarəsinin
tövsiyəsi ilə bələdiyyə tərəfindən
hazırlanmış hesabat xarakterli buklet sakinlərlə keçirilən görüşlərdə paylanılmışdır.
Bukletdə əsasən bələdiyyənin cari ildə həyata keçirdiyi
layihələr barədə qısa məlumat verilmişdir. Hər bir halda məqsədimiz vətəndaş məmnunluğunu
təmin etməkdir.
Bunun üçün Kürdəxanı bələdiyyəsinin kollektivi var qüvvəsi ilə çalışır.
Belediyye.info
Rəylər
0 Rəy