Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-06-2026 , 22:16

127

Son xəbərlər

Bütün xəbərlər

Sədr qəbul keçirib

Region
12-06-2026

Şuşa rayonunun demoqrafik vəziyyəti haqqında

Gündəlik Xəbərlər
09-06-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Ağaəli Məsimov: “Kürdəxanı bələdiyyəsi olaraq fəaliyyətimizi aşkarlıq və şəffaflıq şəraitində qurmağa çalışırıq”

“Fəaliyyətimizdə şəffaflığı təmin etmək, seçicilərimiz qarşısında fəaliyyətimizlə bağlı hesabat vermək bələdiyyə olaraq əsas vəzifəmiz hesab edirik”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Kürdəxanı bələdiyyəsinin sədri Ağaəli Məsimov deyib.

Sədr qeyd edib ki, Kürdəxanı bələdiyyəsi olaraq insanlarla daim təmasda olmaqla, işlərimizi aşkarlıq və şəffaflıq şəraitində qurmağa çalışırıq.

Nəzərə alaq ki, üzərimizə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi və əhali qarşısında bələdiyyənin nüfuzunun artmasına imkan verir. Qanunçuluğa əməl etmək, əhalinin üzləşdiyi problemlərin həlli üçün bütün imkanlardan istifadə etmək və mütəmadi olaraq seçicilər qarşısında hesabat vermək bələdiyyənin başlıca vəzifələridir.

Odur ki, biz də Kürdəxanı bələdiyyəsi olaraq mütəmadi olaraq vətəndaş qəbulları keçirir, səyyar şəkildə keçirilən görüşlərdə seçicilərin qaldırdığı problemlərin dinləməklə yanaşı, həlli ilə bağlı addımlar atırıq.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş idarəsinin tövsiyəsi ilə  bələdiyyə tərəfindən hazırlanmış hesabat xarakterli buklet sakinlərlə keçirilən görüşlərdə paylanılmışdır.

Bukletdə əsasən bələdiyyənin cari ildə həyata keçirdiyi layihələr barədə qısa məlumat verilmişdir. Hər bir halda məqsədimiz vətəndaş məmnunluğunu təmin etməkdir.

Bunun üçün Kürdəxanı bələdiyyəsinin kollektivi var qüvvəsi ilə çalışır.

Belediyye.info 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər