Səkinə Kərimova: “Bələdiyyənin vergi xidməti qarşıya qoyulan məqsədə döğru addım atmaqdadır”
“Bu gün BAMS -proqramının yaratdığı imkanlardan yetərincə istifadə etmək üçün bələdiyyənin vergi xidməti tələb olunan səviyyədə çalışmaqdadır”-bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Balaxanı bələdiyyəsinin sədri Səkinə Kərimova deyib.
Sədr
qeyd edib ki, BAMS-in Əmlak məsələləri
Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya olunması, bununla yanaşı daha 13
dövlət qurumuna interasiya prosesinə start verilməsi nəticə etibari ilə bələdiyyənin
üzləşdyi problemlərin həllinə öz müsbət təsirini göstərməkdədir.
Ötən
ilin təhlili göstərir ki, 2025-ci ildə bələdiyyənin büdcə gəlirlərinin həcmi
2024-cü illə müqayisədə 16.8 faiz artaraq 142.841
manat olmuşdur. Cari ildə hədəfimiz bu rəqəmi 200 min manata çatdırmaqdır.
Aprel
ayı üzrə ümumi büdcə gəlirində 14.3 faiz artım, ancaq torpaq vergisi üzrə olan
büdcə daxilolmalarının həcmi 4.7 dəfə artıb. Bütün istiqamətlər üzrə irəliləyişlərin
olması nəticədə hədəfə döğru çatacağımıza ümudimizi artırır.
Lakin
xəritələrin bu günədək təhvil verilməməsi, bələdiyyə ərazisində kifayət qədər sənədsiz
əmlakın mövcudluğu, ən əsası tarif və rüsum dərəcələrinin 1999 -cu il səviyyəsində
qalması bələdiyyənin büdcə gəlirlərinə öz mənfi təsirini göstərməkdədir.
Ancaq
bu çətinliklərə baxmayaraq bələdiyyənin vergi xidməti çalışır, qarşıya qoyulan
məqsədə döğru addım atmaqdadır.
Xanım
sədr qeyd edib ki, Sabunçu RİH-in, ABMA-nın, xüsusəndə Bələdiyyələrin Rəqəmsallaşma
və İnnovasiya Mərkəzinin bələdiyyəmizə daimi olaraq göstərdiyi dəstək fəaliyyətimizə əlavə
stimul verir.
Belediyye.info
Rəylər
0 Rəy