Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-05-2026 , 10:00

128

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Latviya Bələdiyyələr İttifaqının sədri Milli Məclisdə olub

Milli Məclisin dəyərli komitə sədrləri Siyavuş Novruzov, Azər Əmiraslanov və Tahir Rzayev ilə birlikdə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak edən Latviya Bələdiyyələr İttifaqının sədri Gints Kaminskis, İttifaqın baş katibi Mudite Prede, Riqa şəhərinin vitse-meri Maris Sprincuks və Yekabpils şəhərinin meri Rayvis Raqainis ilə Milli Məclisdə görüş keçirilib, Azərbaycan və Latviya bələdiyyələri arasında əməkdaşlığın perspektivləri, habelə şəhərsalma, ərazilərin planlaşdırılması, yerli büdcələrin dayanıqlığı məsələləri müzakirə olunub. 

Görüşdə Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov iştirak ediblər. Əlavə edək ki, Qaraçuxur bələdiyyəsi  2012-ci ildən  Yekablis şəhəri ilə "Qardaşlaşma" protokolu imzalayıblar. Ötən dövr ərzində dəfələrlə qarşılqlı səfərlər də həyata keçirilib.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür

Bakı
07-05-2026
2613