Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-05-2026 , 21:58

111

Son xəbərlər

Bütün xəbərlər

Sabiq icra başçısı dünyasını dəyişib

Gündəlik Xəbərlər
15-05-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əziz Zeynalov:  “Bu gün vergi xidmətinin əsas vəzifəsi debitor borcların vaxtında ödənilməsinə nail olmaqdır”

“Əldə etdiyimiz büdcə gəlirlərinin doqquz faizi icra-probasiyaya göndərilən bələdiyyə aktlarının icrasından daxil olub. Bu nəticə yüksək rəqəm hesab olunsa da, hələ qənaətbəxş hesab etmirik”- bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.

Sədr qeyd edib ki, cari il ərzində vergi borcu olan 547 vergi ödəyicisi barədə bələdiyyə iclasında qəbul edilmiş akt müvafiq quruma göndərilib. Ötən müddət ərzində göndərilən aktların 517-i artıq icra olunub.

Bu gün bələdiyyənin vergi xidmətinin əsas vəzifəsi büdcə gəlirlərini artırmaq, debitor borcları vaxtında ödənilməsinə nail olmaqdır. Bununla yanaşı BAMS-ın yaratdığı şəraitdən tam şəkildə istifadə etməklə büdcə gəlirlərində artım müşahidə olunub.

Nəzərə alaq ki, növbəti ildən qanuna müvafiq olaraq bələdiyyənin vergi xidməti ödəyicilərə bildiirşləri onlayn qaydada göndərəkdir. Odur ki, vergi xidməti bu prosesin icrasında problmelə üzləşməmıək üçün sistemdə vergi ödəyiciləri ilə bağlı məlumatlarda dəqiqləşdirmələri davam etdirir.

Məqsədimiz büdcə gəlirlərini artırmaqla rayonda vətəndaş məmnunluğunu təmin etməkdir.  

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər