Əziz Zeynalov: “Bu gün vergi xidmətinin əsas vəzifəsi debitor borcların vaxtında ödənilməsinə nail olmaqdır”
“Əldə etdiyimiz büdcə gəlirlərinin doqquz faizi icra-probasiyaya göndərilən bələdiyyə aktlarının icrasından daxil olub. Bu nəticə yüksək rəqəm hesab olunsa da, hələ qənaətbəxş hesab etmirik”- bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.
Sədr
qeyd edib ki, cari il ərzində vergi borcu olan 547 vergi ödəyicisi barədə bələdiyyə
iclasında qəbul edilmiş akt müvafiq quruma göndərilib. Ötən müddət ərzində göndərilən
aktların 517-i artıq icra olunub.
Bu
gün bələdiyyənin vergi xidmətinin əsas vəzifəsi büdcə gəlirlərini artırmaq,
debitor borcları vaxtında ödənilməsinə nail olmaqdır. Bununla yanaşı BAMS-ın yaratdığı
şəraitdən tam şəkildə istifadə etməklə büdcə gəlirlərində artım müşahidə
olunub.
Nəzərə
alaq ki, növbəti ildən qanuna müvafiq olaraq bələdiyyənin vergi xidməti ödəyicilərə
bildiirşləri onlayn qaydada göndərəkdir. Odur ki, vergi xidməti bu prosesin
icrasında problmelə üzləşməmıək üçün sistemdə vergi ödəyiciləri ilə bağlı məlumatlarda
dəqiqləşdirmələri davam etdirir.
Məqsədimiz büdcə gəlirlərini artırmaqla rayonda vətəndaş məmnunluğunu təmin etməkdir.
Rəylər
0 Rəy