Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-05-2026 , 10:30

128

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Qərbi Azərbaycan icması Ulu öndərin məzarını ziyarət etdi

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli başda olmaqla İcmanın mərkəzi orqanlarının rəhbərləri və İcma üzvləri müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

Ümummilli Liderin məzarı üzərinə gül dəstələri qoyulub, əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin və Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, tibb elmləri doktoru, professor Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər düzülüb.

Qərbi Azərbaycan İcması


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
1227