Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-04-2026 , 11:47

171

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Ölkə üzrə əmlak vergisinin 67 faizini Bakı bələdiyyələri toplayıb

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2025-ci ildə Bakıda formalaşan 45  bələdiyyənin büdcə gəliri 23.126.000 olub. Bu 2024-ci llə müqayisədə 16.4  faiz çox deməkdir. Qeyd edək ki, 2024-ci ildə Bakı bələdiyyələrin büdcə gəliri 19.859.700 manat olub.  Əldə edilən gəlirlərin 79.1 faizi vergilərdən,20.9  faizi isə rüsumlardan olub. 

Büdcə gəlirinin 10.5 faizi torpaq, 68.5 faizi isə əmlak vergisindən daxil olub. Belə ki, torpaq vergisindən bələdiyyə büdcəsinə 2.422.000 manat, əmlka vergisindən isə 15.863.200 manat daxil olub. Bu isə ölkə üzrə əldə edilən əmlak vergisinin 67 faizi deməkdir.

Bakı bələdiyyələrinin büdcə gəlirinin 2.2 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən, 8.8 faizi mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən, 0.3 faiz bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərə görə ödənişlərdən,  0.6 faizi avtodaynacaqlardan, 0.1 fiziki və hüquqı şəxslərin maliyyə yardımlarından daxil olub. Bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət, ictmai iaşə və digər xidmətlərə görə ödənişlərin həcmi 69.500 manat təşkil edib.

 Bakı bələdiyyələrinə ötən il  1.839.000 manat dotasiya ayrılıb.

İl ərzində əmlak vergisinin həcmi 19.9 faiz, torpaq  vergisinin həcmi isə 25.2 faiz  artıb. Təəssüf ki, əmlak və torpaq vergisindən başqa digər vergi və rüsumların toplanıılmasında azalma  müşahidə olunub.

Ancaq ölkə üzrə əldə edilən  mehmanxana, turizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlərin 82 faizi paytaxt bələdiyyələrinin üzərinə düşüb.  

Ötən il bələdiyyə müəssisələrindən mənfəət vergisindən, həmçinin daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödənişlərdən Bakı  bələdiyyələrinin  büdcəsinə hər hansı maliyyə vəsaiti daxil olmayıb.

Bakı bələdiyyələri tərəfindən əldə edilən maliyyə vəsaitinin 60  faizədək hissəsini Nərimanov, Xətai, Yasamal, Nəsimi, Səbail, Nizami və Binəqədi bələdiyyəsi əldə edib.

Belediyye.info  

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər