Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-04-2026 , 20:43

290

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Fərid Cəfərov: “Biləcəri bələdiyyəsi yağışın yaratdığı fəsadlarını aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir"

“Binəqədi rayonunda güclü leysan yağışlarının yaratdığı fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlər davam etdirilir”- bu fikirləri  Belediyye.infoya Biləcəri bələdiyyəsinin sədri Fərid Cəfərov deyib.

Sədr qeyd edib ki, 2026-cı ilin mart ayının sonlarında paytaxt ərazisində müşahidə olunan intensiv və aramsız leysan yağışları bir sıra ərazilərdə ciddi fəsadların yaranmasına səbəb olmuşdur. Xüsusilə Binəqədi rayonu ərazisində yağıntının miqdarının iqlim normasını dəfələrlə üstələməsi nəticəsində yaşayış evləri, küçə və məhəllədaxili yollar zərər görmüşdür.

Sədr  bildirib ki, yaranmış vəziyyətlə əlaqədar olaraq Binəqədi Rayon İcra Hakimiyyəti, rayonun bütün aidiyyəti kommunal xidmət qurumları, o cümlədən Biləcəri bələdiyyəsi xüsusi gücləndirilmiş iş rejiminə keçmişdir. Qurumlar arasında operativ koordinasiya təmin edilərək, fəsadların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlərin icrasına başlanılmışdır.

Görülmüş tədbirlər çərçivəsində Biləcəri bələdiyyəsi tərəfindən də subasma halları qeydə alınmış ərazilərdə suyun çəkilməsi üçün xüsusi texnika və canlı qüvvə cəlb edilmiş, nasoslar vasitəsilə suyun ərazilərdən kənarlaşdırılması təmin olunmuşdur. Müxtəlif ünvanlar üzrə ümumilikdə 15 ailə olmaqla 58 nəfər sakin təhlükəsizlik məqsədilə təxliyyə edilmişdir. Bununla yanaşı, 22 fərdi yaşayış evindən Biləcəri bələdiyyəsinin dəstəyi ilə suyun çəkilməsi həyata keçirilmişdir.

Bələdiyyə tərəfindən su basmış ərazilərdə suyun kanalizasiya xətlərinə yönləndirilməsi məqsədilə 3 ədəd yeni nasos qurğusu işlərə cəlb edilmişdir. Hazırda 7 küçədə suyun çəkilməsi işləri tam başa çatdırılmış, eyni zamanda 4 küçədə bu istiqamətdə işlər davam etdirilməkdədir.

Bununla yanaşı, yağıntılardan zərər çəkmiş ərazilərdə monitorinqlər aparılmış, bir qrup sakinin müraciəti əsasında Biləcəri bələdiyyəsində yaradılmış xüsusi işçi qrup tərəfindən yerində baxış keçirilmişdir. Baxış zamanı mövcud problemlər qiymətləndirilmiş və onların operativ şəkildə aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin icrasına başlanılmışdır.

Eyni zamanda, güclü yağıntılardan sonra rayon ərazisində keçirilən ümumrayon iməciliklərində Biləcəri bələdiyyəsi də fəal iştirak etmiş, ərazilərin təmizlənməsi, yolların və ictimai məkanların əvvəlki vəziyyətə qaytarılması istiqamətində işlərin həyata keçiriləsinə başlanılmışdır.

Biləcəri bələdiyyəsi olaraq, əlverişsiz hava şəraiti və fövqəladə hallara yaxın vəziyyətlər zamanı digər aidiyyəti qurumlarla əlaqələndirmə işlərinin təşkili, mövcud problemlərlə bağlı operativ məlumat mübadiləsinin təmin edilməsi, eləcə də sakinlərin yanında olmaq və onlara mövcud imkanlar çərçivəsində dəstək göstərmək və vətəndaş məmnunluğunu təmin etmək əsas prioritet kimi müəyyən edilmişdir.

 Belediyye.info



 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər