“Bələdiyyənin
inkişafı vergi xidmətinin fəaliyyətindən çox asılıdır”- bu fikirləri
Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.
“Bu gün
bələdiyyənin vergi xidməti var qüvvəsi ilə çalışır. Bunun üçün BAMS-ın verdiyi
imkanlardan tam şəkildə yaralanır. Üstəlik elektron icra proqramının istifadəsi
bələdiyyənin büdcə gəlirlərinə müsbət təsiri göz önündədir”- bu fikirləri də sədr
bildirib.
Sədr
qeyd edib ki, vergi xidmətinin fəaliyyətinin nəticəsidir ki, bələdiyyənin büdcə
gəlirlərində ciddi artımlar müşahidə olunub.
Rəqəmlərə
toxunan sədr qeyd edib ki, 2023-cü ilin birinci rübündə 326.741 manat, 2024-cü
ildə 310.700 manat, 2025-ci ildə 510.071
manat, cari lin birinci rübündə isə 624.796
manat əldə olunub. Artım göz önündədir. Göründüyü kimi, üç il ərzində birinci rübdə bələdiyyənin
büdcə daxilolmalarında 91 fazilik artım
olub.
Əldə
edilən büdcənin 85 faizi əmlak vergisindən
əldə olunub. 2023 - cü ildə əmlak vergisinin həcmi 258.612 manat, 2024-cü ildə 234.116 manat,
2025-ci ildə 419.416 manat, cari ildə isə
bu rəqəm 535.567 manat olub. Əmlak
vergisindəki artımın səviyyəsi isə iki dəfədən artıq olub. Cari ilin birinci
rübündə əldə olunan maliyyə vəsaitinin 3.848 manatı torpaq vergisindən,75.510
manatı mehmanxana və 979 manatı reklam rüsumlarından
daxil olub.
Əziz
Zeynalov sonda qeyd edib ki, bu günlərdə Nazirlər Kabineti tərəfindən bəzi qərarların
qəbulu bələdiyyələrin büdcə gəlirləri artacaqdır.
Məhz əldə
olunan maliyyə vəsaiti nəticədə sakinlərin üzləşdiyi problemlərin həllinə yönəldirlir.
Belediyye.info
Rəylər
0 Rəy