Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

31-03-2026 , 23:07

95

Son xəbərlər

Bütün xəbərlər

Yerin hər zaman görünəcək, dəyərli insan

Gündəlik Xəbərlər
31-03-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

 Əziz Zeynalov: “Birinci rübdə  büdcə gəlirlərində 91 faizlik artım müşahidə olunub”


“Bələdiyyənin inkişafı vergi xidmətinin fəaliyyətindən çox asılıdır”- bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.

“Bu gün bələdiyyənin vergi xidməti var qüvvəsi ilə çalışır. Bunun üçün BAMS-ın verdiyi imkanlardan tam şəkildə yaralanır. Üstəlik elektron icra proqramının istifadəsi bələdiyyənin büdcə gəlirlərinə müsbət təsiri göz önündədir”- bu fikirləri də sədr bildirib.

Sədr qeyd edib ki, vergi xidmətinin fəaliyyətinin nəticəsidir ki, bələdiyyənin büdcə gəlirlərində ciddi artımlar müşahidə olunub.

Rəqəmlərə toxunan sədr qeyd edib ki, 2023-cü ilin birinci rübündə 326.741 manat, 2024-cü ildə  310.700 manat, 2025-ci ildə 510.071 manat,  cari lin birinci rübündə isə 624.796 manat əldə olunub. Artım göz önündədir.  Göründüyü kimi, üç il ərzində birinci rübdə bələdiyyənin büdcə daxilolmalarında  91 fazilik artım olub.

Əldə edilən büdcənin  85 faizi əmlak vergisindən əldə olunub. 2023 - cü ildə əmlak vergisinin həcmi  258.612 manat, 2024-cü ildə 234.116 manat, 2025-ci ildə  419.416 manat, cari ildə isə bu rəqəm  535.567 manat olub. Əmlak vergisindəki artımın səviyyəsi isə iki dəfədən artıq olub. Cari ilin birinci rübündə əldə olunan maliyyə vəsaitinin 3.848 manatı torpaq vergisindən,75.510 manatı mehmanxana və 979 manatı reklam  rüsumlarından daxil olub.

Əziz Zeynalov sonda qeyd edib ki, bu günlərdə Nazirlər Kabineti tərəfindən bəzi qərarların qəbulu bələdiyyələrin büdcə gəlirləri artacaqdır.

Məhz əldə olunan maliyyə vəsaiti nəticədə sakinlərin üzləşdiyi problemlərin həllinə yönəldirlir.  

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

18 yanvar onun günüdür

Bakı
17-01-2026
1320