Anar Adıgözəlov: “Bələdiyyə tərəfindən həyata keçirilən hər bir layihə sosial media platformalarında öz əksini tapır”
“Seçicilər qarşısında şəffaflığın və hesabatlılığın təmin edilməsi hər bir bələdiyyənin üzərinə düşən əsas vəzifələrdəndir. Şəffaflığın və hesabatlılğın təmin edilməsində isə indiki rəqəmsallaşma dövründə sosial medianın müstəsna rolu var. Odur ki, hər bir bələdiyyə bu məqamı nəzərə almalı və sosial medianın bu gücündən layiqincə istifadə etməyə çalışmalıdır” – bu fikirləri Sabunçu rayonu Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov deyib.
Sədrin sözlərinə görə, bələdiyyə tərəfindən həyata keçirilən
hər bir layihə sosial media platformalarında öz əksini tapır.
Ən diqqətiçəkən məqam ondadır ki, bələdiyyəyə sosial media
platformalarından
edilən müraciətlərin sayı günbəgun artır. Bu gün bələdiyyənin sənəd dövrüyyəsində bu tipli
müraciətlərin hər biri
diqqətdə saxlanılır, verilən təklif və tövsiyələr gələcək fəaliyyətdə nəzərə
alınır.
Sədr deyib ki, ölkəmizdə rəqəmsallaşma ilə bağlı aparılan islahatlara bələdiyyələrdə töhfəsini verməklə həm də öz fəaliyyətlərində artıq bu proseslərin tətbiqini diqqətdə saxlayır.
Nəticə etibari ilə, aparılan islahatlar, həyata keçirilən layihələr son nəticədə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.
Belediyye.info
Rəylər
0 Rəy