Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

03-03-2026 , 21:27

96

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov: “Bələdiyyə tərəfindən həyata keçirilən hər bir layihə sosial media platformalarında öz əksini tapır

“Seçicilər qarşısında şəffaflığın  və hesabatlılığın təmin edilməsi hər bir  bələdiyyənin üzərinə düşən əsas vəzifələrdəndir. Şəffaflığın və hesabatlılğın təmin edilməsində isə indiki rəqəmsallaşma dövründə sosial medianın müstəsna rolu var. Odur ki, hər bir bələdiyyə bu məqamı nəzərə almalı və sosial medianın bu gücündən layiqincə istifadə etməyə çalışmalıdır” – bu fikirləri Sabunçu rayonu Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov deyib.

Sədrin sözlərinə görə, bələdiyyə tərəfindən həyata keçirilən hər bir layihə sosial media platformalarında öz əksini tapır.

Ən diqqətiçəkən məqam ondadır ki, bələdiyyəyə sosial media platformalarından edilən müraciətlərin sayı günbəgun artır. Bu gün bələdiyyənin sənəd dövrüyyəsində bu tipli müraciətlərin hər biri diqqətdə saxlanılır, verilən təklif və tövsiyələr gələcək fəaliyyətdə nəzərə alınır.

 Sədr deyib ki, ölkəmizdə rəqəmsallaşma ilə bağlı aparılan  islahatlara bələdiyyələrdə töhfəsini verməklə həm də öz fəaliyyətlərində artıq bu proseslərin tətbiqini  diqqətdə saxlayır.

Nəticə etibari ilə, aparılan islahatlar, həyata keçirilən layihələr son nəticədə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. 

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər