Zirə Mədəniyyət Mərkəzində “Ailə dəyərləri bu gün” mövzusunda tədbir keçirilib
Zirə Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.
Tədbirdə
Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda
canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri
giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov mövzunun
aktuallığını və ailə dəyərlərinin qorunmasının önəmini diqqətə çatdırıb. O, həmçinin
Ulu Öndər Heydər Əliyevin ailə institutunun möhkəmləndirilməsinə verdiyi böyük
önəm və tövsiyələri xatırladıb.
Çıxış
edən YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə
Musayeva bildirib ki, ailə cəmiyyətin ən fundamental institutudur. Onun sözlərinə
görə, ailə sadəcə sosial vahid deyil, dəyərlərin ötürüldüyü, şəxsiyyətin
formalaşdığı, qarşılıqlı hörmətin və məsuliyyət hissinin öyrənildiyi ilk
mühitdir. Ailədə qazandığımız mənəvi dəyərlər bütövlükdə cəmiyyətin
dayanıqlığını müəyyən edir.
Z.Musayeva
qeyd edib ki, bu gün ailə anlayışı qlobal miqyasda sürətli sosial dəyişikliklərin,
texnoloji transformasiyanın, miqrasiya proseslərinin və yeni çağırışların təsiri
altındadır: “Rəqəmsallaşma, urbanizasiya, iqtisadi dinamika və dəyişən sosial
rollar ailə münasibətlərinə yeni çalarlar gətirir. Ailə dəyərləri yalnız mədəni
ənənə məsələsi deyil, eyni zamanda insan hüquqları, sosial siyasət və dayanıqlı
inkişaf kontekstində də mühüm önəm kəsb edir. Məhz ailə institutu sosial həmrəyliyin,
qarşılıqlı dəstəyin və ictimai sabitliyin əsas dayaqlarından biridir”.
YAP
Veteranlar Şurasının sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, cəmiyyətin mənəvi
dayanıqlığı təsadüfi formalaşmır. Bu amillər uzun illər ərzində formalaşan dəyərlər
sisteminin, mədəni ənənələrin və nəsillərarası ötürülən məsuliyyət anlayışının
nəticəsidir. Həmin sistemin təməlində isə ailə dayanır. Ailə cəmiyyətin ilkin və
ən təsirli institutudur. Çünki burada hər bir insanın xarakteri formalaşır,
dünyagörüşü müəyyən edilir və vətəndaş mövqeyi bərqərar olur.
S.Qəhrəmanova
qeyd edib ki, bu gün ailə institutunun mədəni dayaqlarının gücləndirilməsi
strateji əhəmiyyət daşıyır. Çünki ailə daxilində formalaşan münasibət sonradan
ictimai münasibətlərin strukturuna çevrilir. "Əgər ailədə hörmət, dialoq və
qarşılıqlı anlayış mövcuddursa, cəmiyyətdə də sosial harmoniya möhkəmlənir.
Unutmamalıyıq ki, gələcək nəsillərin xarakteri yaratdığı mühitlə müəyyən
olunur. Sağlam ailə yalnız fərdi xoşbəxtlik deyil, milli dayanıqlılıq deməkdir.
Güclü ailə modeli güclü cəmiyyətin və dövlətin əsasını təşkil edir", - deyə
YAP Veteranlar Şurasının sədr müavini vurğulayıb.
Xəzər
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov isə bildirib
ki, Azərbaycan xalqı tarixən ailə institutuna xüsusi önəm verib, bu dəyərlər nəsildən-nəslə
ötürülərək uğurla qorunub. Böyüyə hörmət, kiçiyə qayğı, qonaqpərvərlik, birlik
və qarşılıqlı anlayış Azərbaycan ailəsinin əsas xüsusiyyətlərindəndir: “Bu gün
ailə dəyərlərinin qorunması və gənclərin sağlam ailə prinsipləri əsasında tərbiyə
olunması hər birimizin üzərinə düşən vacib vəzifələrdəndir”. E.Qurbanov deyib
ki, Xəzər rayonunda ailə məsələlərinin monitorinqi ilə əlaqədar komissiya fəaliyyət
göstərir.
YAP
Veteranlar Şurasının üzvü Fidumə Hüseynova bildirib ki, ölkəmizdə ailə modeli
uzun illərdən bəri qorunub saxlanılaraq, fundamental dəyərlərini itirmədən
günümüzə gəlib çatıb. F.Hüseynova deyib ki, buna baxmayaraq, qloballaşma Azərbaycan
ailəsinə də öz təsirini göstərir: “Ən yeni dövr yeni münasibətlər
formalaşdırır. Ailəni qiymətli edən milli-mənəvi dəyərlər, ənənələr, adətlərdir.
Bu xüsusiyyətlərə malik, ailə modelimizi bütün dünyaya örnək edən zəngin ənənələrimiz
var”.
F.Hüseynova
qeyd edib ki, Azərbaycan ailəsi məhz milli dəyərlər sayəsində həmişə
uzunömürlülüyü və möhkəmliyi ilə seçilib: “Səmimiyyət, inam və qarşılıqlı hörmət
ailə institutunu daha da möhkəmləndirir”.
Çıxış
edən YAP İdarə Heyətinin üzvü Rauf Əliyev isə deyib ki, ailə sağlam cəmiyyətin
və güclü dövlətin təməlidir. Onun sözlərinə görə, ailə ənənələrin qoruyucusu və
ötürücüsüdür. R.Əliyev qeyd edib ki, Azərbaycan dövləti ailə institutunun
qorunması istiqamətində güclü qanunvericilik bazasına malikdir. Dövlət daim öz
vətəndaşına qayğı ilə yanaşır, sosial məsələlərin həllini prioritet vəzifə
hesab edir və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. “Bu gün ailələrin
üzərinə də böyük məsuliyyət düşür. Uşaqlar milli dəyərlərimizə zidd olan vasitələrdən
uzaq tutulmalı, bu istiqamətdə fəal təbliğat işləri aparılmalıdır”, - deyə YAP
İdarə Heyətinin üzvü vurğulayıb.
Tədbir interaktiv formada davam edib, iştirakçıların sualları cavablandırılıb. Tədbirdə YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.