Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-02-2026 , 17:26

448

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

 Anar Adığözəlov:  “Bələdiyyədə bu komissiyanın yaradılması qərara alınıb”

“Hər bir bələdiyyə vətəndaş məmnunluğunun təmin edilməsi üçün ilk növbədə büdcə gəlirlərinin artırılması barədə düşünməli və bu istiqamətdə çalışmalıdır”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov deyib.

Sədr qeyd edib ki, bələdiyyə vergi-uçot sistemini qaydaya salınması üçün bələdiyyə iclasının qərarı ilə “Maştağa bələdiyyəsinin inzibati ərazisində fiziki şəxslərə məxsus kommersiya obyektlərinin əhatəsini tam müəyyən etmək və vergi-uçotuna alınması məqsədilə Komissiyanın yaradılması” qərara alınıb.

Bələdiyyə iclasının qərarı ilə altı nəfərdən təşkil edilən komissiyaya bələdiyyənin sədr müavini Ağazakir Abdullayev təyin edilib.

Komissiyaya tapşırılıb ki, fiziki şəxslərə məxsus bütün kommersiya obyektlərinin ünvanı və istifadə təyinatını, mülkiyyətçi barəsində məlumatları əldə etsin və əlaqə telefonlarının dəqiqləşdirilməsini, habelə mülkiyyətin sahəsi barədə məlumatların əldə edilməsini həyata keçirilsin.

Yekun olaraq əldə edilən məlumatlar  Maştağa bələdiyyəsində “Fiziki şəxslərə məxsus kommersiya obyektlərinin uçot reyestrinə” daxil ediləcəkdir. 

Sədr bildirib ki, komissiya artıq işini başa çatdırmaq üzrədir. Bu prosesin icrası nəticə etibari ilə həm vergilərin yığılmasına təkan verəcək, həm də vergidən yayınmaların qarşısını almış olacaqdır.

Sədr qeyd edib ki, cari ildə hədəfimiz daha böyük uğurlara imza atmaqdır. Belə ki, dekabrda təsdiq etdiyimiz büdcə layihəsində hədəfimiz 745 min manat olsa da, bələdiyyənin vergi xidməti 800 min manatı keçmək niyyətindədir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər