Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-02-2026 , 12:16

529

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İsrafil Hüseynov: “İnanıram ki, bələdiyyə sahəsində çalışan gənclər bundan sonra bu sistemin inkişafına daha böyük  töfhələr verəcəklər”

“Əsası  Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin nəticəsi olaraq   bu gün Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, o cümlədən yerli özünüidarəetmə qurumlarının inkişafında  fəal qüvvəyə çevrilmiş,  dövlətçiliyə bağlı, milli düşüncəyə malik intellektual şəxsiyyət kimi formalaşmaqdadır”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Buzovna  bələdiyyəsinin sədri İsrafil Hüseynov deyib.

Sədr qeyd edib ki, hazırda bələdiyyədə çalışanların 50 faizədək hissəsini gənclər təşkil edir. Bələdiyyə qulluqçusu kimi çalışmaq, həm də onları üçün bir təcrübə məktəbidir. Gənclərimiz vətəndaşlarla ünsiyyət qurmaq, daim yeniliklərlə çıxış etmək, borclu vətəndaşlarla söhbət edərək qanunvericiliyin tələblərini hüquqi baxımından təqdim etməklə Buzovna bələdiyyəsinin fəaliyyətinə öz töhfələrini verməkdədirlər.

Etiraf edilməlidir ki, Gənclər Evlərinin, Olimpiya İdman Komplekslərinin, idman-sağlamlıq mərkəzlərinin yaradılması və gənclərin sosial problemlərinin həlli sahəsində əldə olunan nailiyyətlər ölkə Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva  tərəfindən gənclərə  göstərilən böyük diqqət və qayğının nümunəsidir.

Bu gün bələdiyyələrdə çalışan  gənclərimiz əldə etdikləri uğurlarla ölkəmizdə bələdiyyə adını yüksəklərə qaldırırlar. Danılmaz bir faktdır ki, respublikamızın müstəqilliyini, təhlükəsizliyini, ərazi bütövlüyünü təmin etmək kimi müqəddəs vəzifəni yerinə yetirən vətəndaşlarımızın mütləq əksəriyyəti də gənclərdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində iştirak edən gənclərimiz Qələbə naminə canlarını belə qurban verməkdən çəkinmədilər. Bu sırada yer alan Buzovna gəncləri də örlərinin ən gözəl çağında şəhid olanlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm!

Sədr sonda gənclərə təbriklərini da çatdırıb: “Əziz gənclər,  bundan sonra da  Vətənimiz Azərbaycan adına bir çox qürurverici uğurlara imza atmanız diləyilə bir daha Sizi Gənclər günü münasibətilə təbrik edir, ən xoş arzularımı çatdırıram. İnanıram ki, bələdiyyə sahəsində çalışan gənclər bundan sonra bu sistemin inkişafına daha böyük  töfhələr verəcək və uğurlara imza atacaqlar."

Belediyye.info 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər