İsrafil Hüseynov: “İnanıram ki, bələdiyyə sahəsində çalışan gənclər bundan sonra bu sistemin inkişafına daha böyük töfhələr verəcəklər”
“Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin nəticəsi olaraq bu gün Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, o cümlədən yerli özünüidarəetmə qurumlarının inkişafında fəal qüvvəyə çevrilmiş, dövlətçiliyə bağlı, milli düşüncəyə malik intellektual şəxsiyyət kimi formalaşmaqdadır”- bu fikirləri Belediyye.infoya Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov deyib.
Sədr
qeyd edib ki, hazırda bələdiyyədə çalışanların 50 faizədək hissəsini gənclər təşkil
edir. Bələdiyyə qulluqçusu kimi çalışmaq, həm də onları üçün bir təcrübə məktəbidir. Gənclərimiz vətəndaşlarla ünsiyyət qurmaq, daim yeniliklərlə çıxış etmək, borclu vətəndaşlarla
söhbət edərək qanunvericiliyin tələblərini hüquqi baxımından təqdim etməklə
Buzovna bələdiyyəsinin fəaliyyətinə öz töhfələrini verməkdədirlər.
Etiraf
edilməlidir ki, Gənclər Evlərinin, Olimpiya İdman Komplekslərinin, idman-sağlamlıq
mərkəzlərinin yaradılması və gənclərin sosial problemlərinin həlli sahəsində əldə
olunan nailiyyətlər ölkə Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident
hörmətli Mehriban xanım Əliyeva tərəfindən
gənclərə göstərilən böyük diqqət və
qayğının nümunəsidir.
Bu
gün bələdiyyələrdə çalışan gənclərimiz əldə
etdikləri uğurlarla ölkəmizdə bələdiyyə adını yüksəklərə qaldırırlar. Danılmaz
bir faktdır ki, respublikamızın müstəqilliyini, təhlükəsizliyini, ərazi
bütövlüyünü təmin etmək kimi müqəddəs vəzifəni yerinə yetirən vətəndaşlarımızın
mütləq əksəriyyəti də gənclərdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi
ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində iştirak
edən gənclərimiz Qələbə naminə canlarını belə qurban verməkdən çəkinmədilər. Bu sırada yer alan Buzovna gəncləri
də ömürlərinin ən
gözəl çağında şəhid olanlara
Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm!
Sədr sonda gənclərə təbriklərini da çatdırıb: “Əziz gənclər, bundan sonra da Vətənimiz Azərbaycan adına bir çox qürurverici uğurlara imza atmanız diləyilə bir daha Sizi Gənclər günü münasibətilə təbrik edir, ən xoş arzularımı çatdırıram. İnanıram ki, bələdiyyə sahəsində çalışan gənclər bundan sonra bu sistemin inkişafına daha böyük töfhələr verəcək və uğurlara imza atacaqlar."
Belediyye.info
Rəylər
0 Rəy