Səkinə Kərimova:” Ötən il büdcə gəlirlərinin həcmini 16 faiz artıra bilmişik”
“Bələdiyyənin ötən il ümümilikdə 43 iclası keçirilmiş və iclaslarda bir sıra həlli vacib məsələlər müzakirə olunaraq həmin iclaslar üzrə 108 qərar qəbul edilmişdir”- bu fikirləri Sabunçu rayonu Balaxanı bələdiyyəsinin sədri Səkinə Kərimova deyib.
Sədr qeyd edib ki, qəbul edilən qərarlara əsasən
2025-ci il ərzində Balaxanı bələdiyyəsi tərəfindən bir çox layihələr icra
olunmuşdur.
Belə ki, bələdiyyə “20 Yanvar” şəhidlərinin anım
günündə qəsəbədə yerləşən parkda Şəhidlərin əziz xatirəsi, 8 Noyabr günündə isə “Zəfər abidəsi”, habelə II Qarabağ Müharibəsində şəhid olmuş Balaxanı
sakinləri yad edilərək məzarları önünə
gül dəstələri qoyulmuş və şəhid
ailələri ziyarət edilmişdir.
Sosial layihə kimi Zəfər günü münasibətilə Balaxanı qəsəbəsində
fəaliyyət göstərən məktəblərin şagirdləri arasında Bilik yarışı
keçirilmiş, qaliblər mükafat və “Fəxri fərman”la, iştirakçılar isə “Təşəkkürnamə”
ilə təltif olunmuşdur.
İl ərzində bələdiyyəyə
təşkilatlar tərəfindən 120 məktub,vətəndaşlar tərəfindən 317 ərizə daxil
olmuşdur.Vətəndaşlara və müxtəlif təşkilatlara 340 məktub,217 arayış
ünvanlanmışdır.
Sədr qeyd edib ki, Balaxanı bələdiyyəsi BAMS
proqramına qoşulduğu üçün vətəndaşların qeydiyyat sistemində statistik məlumatların
dəqiqləşdirilməsi vergi ödəyicilərinin qeydiyyatının bazaya yerləşdirilməsi
davam etdirilir. BAMS-da yaranan SMS xidməti bələdiyyənin fəaliyyətinə köməklik
göstərmişdir.
Qeyd edilməlidir ki, bələdiyyə büdcəsinin əsasını əmlak
və torpaq vergisi təşkil edir. Qəsəbə ərazisində sənədsiz evlər çoxluq təşkil
etdiyindən vergi ödənişində vətəndaş fəallığı çox aşağı səviyyədədir ki, bu da
bələdiyyə büdcəsinə öz mənfi təsirini göstərməkdədir.
2025-ci ildə bələdiyyə büdcəsinin gəlirləri 142.841
manat olmuşdur. Ötən 2024 -cü illə müqayisə də 16.8% artım müşahidə olunmuşdur.
Həmin vəsaitin 76.999 manatı əmlak, 38.155 manatı
torpaq, 123 manatı icarə haqqı, 1.650 manatı isə dəfn xidmətlərindən, 6.248
manatı ianə şəklində, 17.000 manat
dotasiya, 270 manatı maliyyə sanksiyası təşkil edir. Həmin vəsaitdən il ərzində
əmək haqqı, məzuniyyət və işçilərə mükafata 60.440 manat, ezamiyyət puluna 90
manat, poçt xidmətinə 758 manat, bank xidmətinə 618 manat, onlayn xidmət haqqı
2583 manat, qəsəbə ərazisində Gülüstan, Şəfqət, Sabit Orucov və Pirhüseyn
Hüseynov küçələrinin məişət
tullantılarından təmizlənməsinə 3.840 manat, bələdiyyə binasının təmirinə 2.945
manat, Xristian qəbiristanlığında mühafizə otağının tikilməsinə və qəbiristanlığın
daxili yollarının düzləşdirilməsinə və şebel tökülməsinə 12.980 manat, avtonəqliyyat
xərclərinə 1053 manat, DSMF-na 26.609
manat, AOYF-na 1.200 manat, aztəminatlı
ailələrə maddi yardım 1.554 manat, bilik günü münasibətilə aztəminatlı ailələrin
övladlarına məktəbli ləvazimatlarının alınmasına 1.026 manat, yeni il münasibətilə
40 aztəminatlı ailəyə bayram sovqatının verilməsinə 1.065 manat, Balaxanı gənclərindən
ibarət təşkil olunmuş futbol klubuna sosial layihə kimi maddi dəstək 2.240
manat, auditor xidmətinə 4.000 manat, AQBMA-a 1800 manat, Həmkarlar təşkilatına 497 manat, İnternet və
rabitəyə 506 manat, dəftərxana ləvazimatına 860 manat, “Azərişıq” 1.203 manat,
“Azərsu” 35 manat, Bələdiyyəyə məxsus avtomobilə yanacaq alınmasına 2080
manat, DƏDRX çıxarışların alınmasına 117
manat, bələdiyyə printerlərinin təmiri ilə bağlı xidmət haqqı 350 manat, BAMS -
dan SMS xidmətinin alınmasına 436 manat, Elektrik kabellərinin və naqillərinin
izolyasiyasının ölçülməsində texniki köməkliyin göstərilməsi xidməti 295 manat
vəsait xərclənmişdir.
Sədr sonda bildirib ki, Balaxanı bələdiyyəsi cari ildə ölkə başçısının bələdiyyələrin
qarşısına qoyduğu tələblərin yerinə yetirilməsi istiqamətində Sabunçu RİH-in və
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş idarəsinin tövsiyə və tələblərinin
yerinə yetirilməklə seçicilərin etimadının doğrulmaq üçün var gücü ilə
çalışacaqdır.
Belediyye.info
Rəylər
0 Rəy