Təmraz Tağıyev: “Nərimanov rayonunda yağışın fəsadlarının aradan qaldırılmasında bələdiyyədə öz dəstəyini göstərməkdədir”
“Məlum olduğu kimi, mart ayının sonlarında paytaxta yağan leysan yağış ciddi fəsadlar yaradıb. Bu səbəbdən Nərimanov RİH, rayonun kommunal xidmət müəssisələri, o cümlədən Nərimanov bələdiyyəsi xüsusi gücləndirilmiş iş rejiminə keçərək yaranmış problemlərin həlli ilə məşğuldurlar” – bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev deyib.
Sədr qeyd edib ki, gün ərzində işçi heyətinin mobil qrupları
şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdiriblər.
Bakıda yağıntının
miqdarı ümumi norma səviyyəsindən beş artıq olması nəticə etibari ilə sakinlərin
yaşayış evlərinə, küçə və məhəllədaxili yollarda ciddi fasadlar yaratmışdır.
Bir qrup sakinlərin müraciəti əsasında bələdiyyədə yaradılmış işçi qrupu ərazilərə
baxış keçirmiş və operativ şəkildə sakinlərə problemlərin həlli ilə bağlı öz dəstəklərini
göstərməyə başlamışdır.
Rayonun Xəlil Rza Ulutürk küçəsində, Arzu Ramazanova məxsus
mənzilin dam örtüyünün dəyişdirilməsinə bələdiyyə öz dəstəyini göstərib. Belə ki,
bələdiyyə tərəfindən dam örtüyünün təmirinə köməklik göstərilməsi qərara alınıb.
Habelə rayonun Mirzəbala Məmmədzadə 5/7 ünvanında hərəkətin intensivliyini artırmaq məqsədilə
yağışın yaratdığı çökəkliklər döldurularaq perspektivdə asfalt salınması nəzərdə
tutulmuşdur.
Belediyye.info
Rəylər
0 Rəy