Anar Adıgözəlov: “Birinci rübdə büdcə gəlirlərində 90 fazilik artım müşahidə olub”
Sədrin
sözlərinə görə, bu gün vergi xidmətinin əsas vəzifəsi məhz bu məqsədə xidmət
etməyə yönəlib. Kollektivin və vergi xidmətinin birgə səyi ilə artıq birinci
rübdə ciddi irəliləyişə nail olunub. Belə ki, Maştağa bələdiyyəsi əgər 2024-cü
ilin birinci rübündə 105.969 manat, 2025-ci ilin birinci rübündə 111.954 manat əldə edə bilmişdirsə, bu rəqəm
cari ilin birinci rübündə 190. 563 manat təşkil edib. Bu isə 90 faizlik artım
deməkdir.
Əldə
edilən vəsatin 2024-ci ildə əldə edilən maliyyə vəsaitinin 74.597 manatı əmlak vergisindən, 15.069 manatı
torpaq vergisindən, 5.669 manatı icarə haqlarından, 2.835 manatı isə ritual
xidmətlərindən daxil olub.
Cari
ilin birinci rübündə isə əldə edilən maliyyə vəsaitinin 124.162 manatı əmlak vergisindən, 29.040
manatı torpaq vergisindən, 12.907 manatı icarə haqlarından, 6.489 manatı isə
ritual xidmətlərindən daxil olub. Göründüyü kimi, əmlak vergisində də 67 faizlik
artım müşahidə olunub. Artım isə BAMS-da tətbiq edilən yeniliklər hesabına əldə
olunub. Bu gün vergi xidməti növbəti ilə ciddi hazırlaşır. Belə ki, bildirişlərin
onlayn qaydada paylanılması üçün indidən vergi ödəyiciləri barəsində bütün əlaqə
məlumatlarının dəqiqləşdirilməsi həyata keçirilir.
Sədr qeyd edib ki, 2026-cı il üzrə bələdiyyənin büdcəsinin 745.000 manat proqnozlaşdırılsa da, bələdiyyənin əsas hədəfi 800 min manatlıq büdcə gəliri əldə etməkdir.
Belediyye.info
Rəylər
0 Rəy