Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-01-2026 , 20:49

721

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Səkinə Kərimova:” Ötən il büdcə gəlirlərinin həcmini 16 faiz artıra bilmişik”

“Bələdiyyənin ötən il ümümilikdə 43 iclası keçirilmiş və iclaslarda  bir sıra həlli vacib  məsələlər müzakirə olunaraq həmin iclaslar üzrə 108 qərar qəbul edilmişdir”- bu fikirləri Sabunçu rayonu Balaxanı bələdiyyəsinin sədri Səkinə Kərimova deyib.

Sədr qeyd edib ki, qəbul edilən qərarlara əsasən 2025-ci il ərzində Balaxanı bələdiyyəsi tərəfindən bir çox layihələr icra olunmuşdur.

Belə ki, bələdiyyə “20 Yanvar” şəhidlərinin anım günündə qəsəbədə yerləşən parkda Şəhidlərin əziz xatirəsi, 8 Noyabr günündə  isə “Zəfər abidəsi”, habelə  II Qarabağ Müharibəsində şəhid olmuş Balaxanı sakinləri yad edilərək məzarları önünə  gül dəstələri qoyulmuş və  şəhid ailələri ziyarət edilmişdir.

Sosial layihə kimi Zəfər günü münasibətilə Balaxanı qəsəbəsində fəaliyyət göstərən məktəblərin şagirdləri arasında Bilik yarışı keçirilmiş, qaliblər mükafat və “Fəxri fərman”la, iştirakçılar isə “Təşəkkürnamə” ilə təltif olunmuşdur.

 İl ərzində bələdiyyəyə təşkilatlar tərəfindən 120 məktub,vətəndaşlar tərəfindən 317 ərizə daxil olmuşdur.Vətəndaşlara və müxtəlif təşkilatlara 340 məktub,217 arayış ünvanlanmışdır.

Sədr qeyd edib ki, Balaxanı bələdiyyəsi BAMS proqramına qoşulduğu üçün vətəndaşların qeydiyyat sistemində statistik məlumatların dəqiqləşdirilməsi vergi ödəyicilərinin qeydiyyatının bazaya yerləşdirilməsi davam etdirilir. BAMS-da yaranan SMS xidməti bələdiyyənin fəaliyyətinə köməklik göstərmişdir.

Qeyd edilməlidir ki, bələdiyyə büdcəsinin əsasını əmlak və torpaq vergisi təşkil edir. Qəsəbə ərazisində sənədsiz evlər çoxluq təşkil etdiyindən vergi ödənişində vətəndaş fəallığı çox aşağı səviyyədədir ki, bu da bələdiyyə büdcəsinə öz mənfi təsirini göstərməkdədir.

2025-ci ildə bələdiyyə büdcəsinin gəlirləri 142.841 manat olmuşdur. Ötən 2024 -cü illə müqayisə də 16.8% artım müşahidə olunmuşdur.

Həmin vəsaitin 76.999 manatı əmlak, 38.155 manatı torpaq, 123 manatı icarə haqqı, 1.650 manatı isə dəfn xidmətlərindən, 6.248 manatı ianə şəklində, 17.000 manat  dotasiya, 270 manatı maliyyə sanksiyası təşkil edir. Həmin vəsaitdən il ərzində əmək haqqı, məzuniyyət və işçilərə mükafata 60.440 manat, ezamiyyət puluna 90 manat, poçt xidmətinə 758 manat, bank xidmətinə 618 manat, onlayn xidmət haqqı 2583 manat, qəsəbə ərazisində Gülüstan, Şəfqət, Sabit Orucov və Pirhüseyn Hüseynov küçələrinin  məişət tullantılarından təmizlənməsinə 3.840 manat, bələdiyyə binasının təmirinə 2.945 manat, Xristian qəbiristanlığında mühafizə otağının tikilməsinə və qəbiristanlığın daxili yollarının düzləşdirilməsinə və şebel tökülməsinə 12.980 manat, avtonəqliyyat xərclərinə  1053 manat, DSMF-na 26.609 manat, AOYF-na 1.200 manat,  aztəminatlı ailələrə maddi yardım 1.554 manat, bilik günü münasibətilə aztəminatlı ailələrin övladlarına məktəbli ləvazimatlarının alınmasına 1.026 manat, yeni il münasibətilə 40 aztəminatlı ailəyə bayram sovqatının verilməsinə 1.065 manat, Balaxanı gənclərindən ibarət təşkil olunmuş futbol klubuna sosial layihə kimi maddi dəstək 2.240 manat, auditor xidmətinə 4.000 manat, AQBMA-a 1800 manat,  Həmkarlar təşkilatına 497 manat, İnternet və rabitəyə 506 manat, dəftərxana ləvazimatına 860 manat, “Azərişıq” 1.203 manat, “Azərsu” 35 manat, Bələdiyyəyə məxsus avtomobilə yanacaq alınmasına 2080 manat,  DƏDRX çıxarışların alınmasına 117 manat, bələdiyyə printerlərinin təmiri ilə bağlı xidmət haqqı 350 manat, BAMS - dan SMS xidmətinin alınmasına 436 manat, Elektrik kabellərinin və naqillərinin izolyasiyasının ölçülməsində texniki köməkliyin göstərilməsi xidməti 295 manat vəsait xərclənmişdir.

Sədr sonda bildirib ki, Balaxanı bələdiyyəsi cari ildə ölkə başçısının bələdiyyələrin qarşısına qoyduğu tələblərin yerinə yetirilməsi istiqamətində Sabunçu RİH-in və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş idarəsinin tövsiyə və tələblərinin yerinə yetirilməklə seçicilərin etimadının doğrulmaq üçün var gücü ilə çalışacaqdır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

18 yanvar onun günüdür

Bakı
17-01-2026
991