Vergi xidmətinin rəhbəri: “Bələdiyyənin büdcə gəlirlərini daha da artırmaq üçün qanunvericiliyin bəzi məqamlarına yenidən baxılmasına ehtiyac vardır”
“Bu gün hər bir bələdiyyənin vergi xidməti fəaliyyətini sistemli şəkildə qurarsa uğura imza atacağı gün uzaqda deyil. Odur ki, bələdiyyənin əsas maliyyə dayağı kimi vergi xidməti qanunverciliyin və BAMS-proqramının verdiyi imkanlardan lazımınca yaralanmalıdır”- bu fikirləri Xəzər rayonu, Şüvəlan bələdiyyəsi vergi xidmətinin rəhbəri Rizvan Rəhimov deyib.
Bu gün Şüvəlan bələdiyyəsi olaraq sədr Telman Süleymanovun təklif
və tövsiyələrinə uyğun olaraq daim hərəkətdə olmaqla qarşımıza qoyduğmuz hədəfə
doğru addımlayırıq.
Rizvan Rəhimov bununla yanaşı deyib ki, ancaq büdcə gəlirlərini daha da artırmaq üçün qanunvericiliyin bəzi məqamlarına yenidən baxılmasına ehtiyac vardır.
Belə ki, vergi tariflərinin 25 il ərzində dəyişdirilməməsi, sənədsiz əmlakın sənədləşdirilməsindəki ləngimələr, üstəlik icarə haqlarının az olması büdcə gəlirlərinin kifayət qədər yüksək olmasına imkan vermir. Bələdiyyəyə daxil olan hər bir manatın sakinlərin problemlemlərinin həllinə yönəldildiyini nəzərə alsaq, qaldırılan məsələlərə yenidən baxılmasına zəruriəti bir qədər də artır.
Belediyye.info
Rəylər
0 Rəy