Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-11-2025 , 19:15

1162

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Məqsədimiz vergi uçot sistemində olan çatışmazlıqları aradan qaldırmaqdır-BƏLƏDİYYƏ SƏDRİ YAZIR

Mən Şəhid Baş Leytenant Aslanov Qoşqarın həyat yoldaşı və Zığ bələdiyyəsinin sədri kimi bələdiyyə sahəsində ilk təcrübəmdir. Dövlətimiz tərəfindən ərazi bütövlüyümüz uğrunda şəhid olanların ailələrinə və müharibə iştirakçılarına daim diqqət və qayğı göstərilir, onların problemlərinin həlli istiqamətində tədbirlər həyata keçirilir. Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, onların mənzillə təmin olunması, həmçinin şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, ölkə ictimaiyyəti tərəfindən yüksək minnətdarlıqla qarşılanır. Şəhid ailəsinin üzvü kimi dövlətin və ictimaiyyətin qayğısını və diqqətini  mən həmişə hiss edirəm. Bələdiyyə üzvlüyünə namizədliyimin dəstəklənməsi, seçicilərin və bələdiyyə üzvlərinin mənə etimad göstərməsi həmin diqqətin bariz nümunəsidir. Bütün bunlara görə ilk növbədə Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevə, müvafiq dövlət qurumlarının rəhbərlərinə və Zığ qəsəbəsinin sakinlərinə dərin minnətdarlığımı bildirirəm.

Azad cəmiyyətin əsasını təşkil edən yerli özünüidarəetmənin ölkəmizdə təsis olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müdrik kəlamda deyildiyi kimi, “yerli özünüidarəetmə institutları olmadan millət azad hökumət yarada bilər, lakin o, azadlıq ruhunu duya bilməz”. Azərbaycan üçün ən gənc təsisat olan yerli özünüidarəetmənin yaradılması prosesi məhz Ulu Öndərin müəllifi olduğu Konstitusiyamızda bələdiyyələrin təşkilinin və fəaliyyətinin əsas prinsiplərinin təsbit edilməsi ilə başlamışdır. Özümü xoşbəxt hiss edirəm ki, mən də bu demokratik təsisatın üzvü olaraq bələdiyyə sədri seçilmişəm.

Bələdiyyə sədri seçildiyim qəsəbədə ilk gördüyüm işlərdən biri şəhid ailələrini ziyarət etmək olmuşdur. Qəsəbədə qazilər, şəhid ailələri, imkansız ailələr daim diqqət mərkəzimizdədir, hər zaman onlara problemlərinin həllində maddi və mənəvi dəstək olacağımızı bildirmişəm. Fəaliyyətə başladığım ilk gündən başlayaraq  qəsəbənin problemləri ilə müəyyən qədər tanış olmuşam, tez-tez vətəndaş qəbullarımda olur, sakinlərin müraciətlərini dinləyirəm. Sakinləri narahat edən məsələləri bələdiyyə iclasında müzakirə edərək onların həlli ilə bağlı müvafiq qərarlar qəbul edirik. Maliyyə imkanlarımız daxilində qeyd olunan problemlərin həllinə çalışırıq.   Ərazinin təmizlik  və abadlıq işlərinə  bələdiyyə olaraq tərəfimizdən mütəmadi olaraq nəzarət olunur.

Şübhəsiz ki, qəsəbəmizin abadlaşdırılması,  ərazinin daima təmiz  və səliqəli saxlaması, həmçinin sosial qayğıya ehtiyacı olan sakinlərimizə maddi və mənəvi dəstəklərin göstərilməsi üçün müəyyən büdcəyə sahib olmalıyıq. Bunun üçün qarşımızda duran əsas vəzifələrdən biri  və ən əsası maliyyə imkanlarımızın genişləndirilməsidir.  Məqsədimiz vergi uçot sistemində olan çatışmazlıqları aradan qaldırmaqdır. Ümid edirəm ki, bu məsələdə həmişə olduğu kimi   Milli Assosiasiyanın əməkdaşları gələcəkdə də bizə dəstək olacaqlar.

Məlumat üçün bildirim ki, assosiasiya əməkdaşlarının köməkliyi ilə BAMS proqramının imkanlarından düzgün istifadə etməklə əmlak və torpaq vergilərinin yığımında əvvəlki illər ilə nisbətdə əhəmiyyətli dərəcədə artım  müşahidə olunmuşdur. Belə ki, 2023-cü ildə əmlak vergisi 48716, torpaq vergisi 7684 manat idisə, 2024-cü il üzrə əmlak vergisi 33 faiz artımla 64742, torpaq vergisi isə 7 dəfə artaraq 54563 manat olmuşdur. Hesab edirəm ki, bu göstəriciləri daha da artırmağa potensial imkanlarımız vardır.

Məqsədimiz gələcək fəaliyyətimizdə bütün inkanlarımızı səfərbər edərək sakinlərimizi narahat edən məsələləri vaxtında həll etməyi bacarmaq və onların etimadını doğrultmaqdır.

Arzu Aslanova

Suraxanı rayon Zığ bələdiyyəsinin sədri

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

18 yanvar onun günüdür

Bakı
17-01-2026
991