Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-10-2025 , 19:45

1358

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Yasamal rayonunda genişmiqyaslı ağacəkmə aksiyası keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə 2025-cü ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi Sərəncamı ilə əlaqədar Yasamal rayonunda ekoloji aksiya baş tutub.  Aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və RİH-in aparat əməkdaşları, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və partiya fəalları, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov və bələdiyyə üzvləri, MKTB rəisi Vüsal Hüseynov və işçi heyəti, həmçinin gənc fəallar və könüllülər iştirak ediblər. Aksiya çərçivəsində ərazidə minlərlə ağac əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir. Ərazidə əkilən ağaclara daimi qulluq göstərilməsi üçün suvarılma məsələləri həll olunub. Həmçinin il boyu bu ağaclara qulluq məsələləri yerli icra qurumları tərəfindən nəzarətə alınıb.

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər