İsrafil Hüseynov: “Bələdiyyənin inkişafına hər bir üzv, qulluqçu və hətta vergi ödəyicisi də öz töhfəsini verməlidir”
“Ölkəmizdə
həyata keçirilən islahatların və yeniləşmə prosesinin əsasında vətəndaşlara
xidmət və vətəndaş müraciətlərinə həssas münasibət dayanır”- bu fikri
Belediyye.infoya Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov
bildirib.
Sədrin
sözlərinə görə, hər bir yerliözünüidarəetmə qurumunun fəaliyyətinin aynası hesab olunan bu
işin daha dərin fəlsəfəsi vətəndaş məmnuniyyəti və müvafiq sahədə həyata
keçirilən dövlət siyasətinin verdiyi imkanlardan insanların bəhrələnməsinin təmin
olunmasıdır.
Dövlət
başçısı vətəndaşlara və onların problemlərinə daim böyük qayğı və diqqətlə
yanaşaraq çıxışlarında bu məsələləri ön plana çəkir, vətəndaşların qayğı və
problemlərinə xüsusi diqqətlə yanaşmağı tələb edir, dövlət və vətəndaş, o cümlədən
bələdiyyə -vətəndaş arasında münasibətin
və qarşılıqlı etimadın əyani vasitəsi olan vətəndaş müraciətlərinə baxılmasında
şəffaflığın təmin edilməsinə xüsusi önəm verir.
Odur ki, bələdiyyə
olaraq daim vətəndaşlarla görüşlərdə, habelə vətəndaşların qaldırdığı məsələlərin
həllinə ciddi diqqət yetirilir. Və çalışırıq ki, bu məsələlərin həllinə hər bələdiyyə
üzvü və qulluqçusu da yaxından iştirak edib öz töhfəsiniu versin.
İstər gündəlik
qəbula gələn, istərsə də səyyar görüşlərdə daim seçicilərimizə verdiyimiz sözü
tutmaq üşün var gücümüzlə çalışır və bu məqsədlə maliyyə gəlirlərinin artırılması
üçün çalışırıq. Məhz bu cür addımların sayəsində büdcə gəlirlərində cari ilin 9
ayı ərzində 27 faizlik artım müşahidə olunub. Nəticə etibari ilə əldə olunan vəsait
məhz sakinlərin qaldırdığı problemlərin həllinə yönəldilir.
Odur ki, bələdiyyənin
inkişafına hər bir üzv, qulluqçu və hətta vergi ödəyicisi də öz töhfəsini verməlidir.
Bələdiyyə-vətəndaş münasibətlərinin tənzimlənməsində Xəzər RİH -in xüsusi yeri olduğunu qeyd edən sədr maliyyə imkanlarının artırılması üçün BAMS-ın verdiyi imkanlardan yararlandıqlarını da qeyd etməyi unutmayıb.
Belediyye.info
Rəylər
0 Rəy