Emil Yusifov: “Atılan addımlar sayəsində əvvəlki illərdən yığılıb qalmış borclar bağlanıldı”
“Əmircan bələdiyyəsi olaraq ilk addımımız bələdiyyədə əvvəlki illərdə yığılıb qalmış borcun silinməsinə çalışmaq idi. Ancaq bunun üçün ilk olaraq vergi-uçot sisteminin qurmağa başladıq”-bu fikirləri Suraxanı rayonu, Əmircan bələdiyyəsinin sədri Emil Yusifov bildirib.
Sədr bildirib ki, atılan
addımlar sayəsində bu gün 18.02.2025-ci il tarixinə Əmircan bələdiyyəsinin 34.012
manatlıq borc qalıqları bağlanmışdır ki,
bununda 26.065 manatı DSMF -yə aid olan borc idi.
Bələdiyyədə qurulan vergi-ucot sisteminin hesabına ötən ilin müvafiq
dövrü ilə müqayisədə 28.526 manata artım
müşahidə olunub. Bu isə 54 fazilik artım deməkdir.
Bəzi rəqəmlərə diqqəti çəkən sədr qeyd edib ki, 2024-cü ilin 9 ayı ərzində
Əmircan bələdiyyəsi 3.364 manatlıq torpaq vergisi, 38.876 manatlıq əmlak
vergisi, 10.458 manatlıq digər gəlirlərdə birlikdə 52.697 manat əldə etmişdisə,
cari ilin doqquz ayı ərzində 6.160 manatlıq torpaq vergisi, 59.124 manatlıq əmlak vergisi, 15.939 manatlıq digər
gəlirlərdə birlikdə 81.223 manat əldə edib.
Sədr sonda qeyd edib ki, BAMS-da tətbiq edilən
yeniliklərin istər SMS xidmətinin tətbiqi, istərsə də BAMS-ın Əmlak məsələləri
Dövlət Xidmətinin məlumat sisteminə inteqrasiya edilməsi Əmircan bələdiyyəsinin
büdcə gəlirlərinin artımına öz müsbət təsirini göstərməkdədir.
Belediyye.info
Rəylər
0 Rəy