Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-10-2025 , 21:26

1325

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İsrafil Hüseynov: “1993-cü il oktyabrın 3-də xalqın seçimi həm də tarixi ədalətin bərpası idi”

“Azərbaycan xalqının XX əsrdə ən böyük tarixi nailiyyəti olan dövlət müstəqilliyi əzablı və keşməkeşli prosesdən keçib”-bu fikirləri Xəzər rayonu  Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov bildirib.

Sədr qeyd edib ki, həmin dövrdə davam edən milli faciə prosesi 1993-cü ilin ortalarında elə bir həddə çatmışdı ki, nəinki dövlət müstəqilliyi, hətta bütövlükdə dövlətimiz və xalqımız məhv olmaq təhlükəsi ilə üz-üzə idi. Ölkəmizi bu durumdan çıxışı möcüzəyə bənzəsə də, xalqın yaddaşında liderlik məqamını fəth etmiş tarixi şəxsiyyətin proseslərə müdaxiləsi gedişatı tamamilə dəyişdi. Belə ki, 1993-cü ilin ağır günlərində xalqın təkidli tələbi ilə Bakıya gələn Ümummilli Lider Heydər Əliyev xilaskar olaraq dövlətin və Vətənin qurtuluş mücadiləsinə başladı. 1993-cü il oktyabrın 3-də xalqın mütləq əksəriyyətinin səsi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi və bununla da bugünkü qüdrətli dövlətin təməli qoyuldu.

Sədr qeyd edib ki, 1993-cü il oktyabrın 3-də xalqın seçimi həm də tarixi ədalətin bərpası idi.

O bildirib ki, bunun məntiqi sonluğu kimi 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və naşı şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hər kəs üçün tam aydın həqiqət idi ki, müstəqillik qazanılan zamanda böyük siyasi xadim Heydər Əliyev xalqın və dövlətin rəhbərliyində olsaydı, nə 20 Yanvar, nə Xocalı qətliamları baş verməz, ölkə ərazisinin 20 faizi işğal edilməz, bir sözlə, dövlət müstəqilliyimiz əzablı yollarla deyil, inkişaf və tərəqqi ilə müşayiət olunardı. Məhz bu həqiqətə görə idi ki, xalq 3 oktyabr seçkisində öz taleyini gerçək liderinə haqlı olaraq etibar etdi. Beləliklə, Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti kimi dövlətə və xalqa sədaqət andı içərək ölkədə sabitliyin yaranmasının, iqtisadi inkişaf və tərəqqi yoluna çıxmasının əsasını qoydu.

 Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər