Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-07-2025 , 16:26

1850

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əsas məqsədimiz qarşımıza qoyduğumuz vəzifələri layiqincə yerinə yetirməkdir

 


Üçüncü Minilliyin ilk başlanqıcından Azərbaycan Respubliksında müstəqil dövlətin və cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi inkişaf və nəzəri-ideoloji program xətti sayılan Konstitusiyasına uyğun olaraq Demokratik İnkişaf və Vətəndaş cəmiyyəti quruculuğunun ilkin özəyi hesab edilən yerli özünüidarələrin bələdiyyə seçkiləri əsasında hüquqi statusu və maddi əsaslarının qoyulması ölkənin gələcək inkişafında demokratik prinsiplərin tətbiqi işinə ən böyük tövhəsini verdi. Belə ki, zaman keçdikcə, 25 il bir müddət ərzində Azərbaycan Respublikasının Prezidenti tərəfindən mütəmadi olaraq, demokratik hüquqi dövlət quruculuğu atributlarından biri kimi demokratik düşüncəli, yaradıcı və qurucu ziyalılarının bələdiyyə üzvü seçilməklə və peşəkar bələdiyyə qulluqçularının yetişdirilməklə yerli özünüidarəetmə stukturunun formalaşması və eyni zamanda inkişaf etdirilməsi təmin olundu.Təbii ki, bələdiyyələr də öz növbəsində, cəmiyyətin xidmətində durmaqla, Dövlətin etibarını və cəmiyyətin diqqətini və etimadını qazana bildilər. Belə ki, yerli özünüidarələr Azərbaycan Respublikasında dövlət və yerli proqramlarının  yerinə yetirilməsində və cəmiyyət quruculuğu prosesində fəal iştirak etməklə yanaşı, həm də  Ulu Öndər Heydər Əliyevin təbirincə desək; “dövlətin qarşısında  duran vəzifələrin bir qismini bələdiyyələr öz üzərinə götürməklə, ölkəmizin inkişafında çox böyük rol oynadılar”. Artıq vəzifə və səlahiyyətlərinə aid edilən işin məsuliyyəti baxımından yerli özünüidarələr yerli icra orqanları ilə çiyin-çiyinə verərək, öz fəaliyyətləri ilə vətəndaşların xidmətində durmaqla, müəyyən yerli əhəmiyyətli məsələlərin və ya yerli problemlərin həllində, eləcə də dövlət tərəfindən həyata keçirilməsi bir vəzifə olaraq qarşıya qoyulmuş sosial-iqtisadi inkişaf  Proqramlarının, dövlət əhəmiyyətli məqsəd və tədbirlərin yerinə yetirilməsində birlikdə çalışaraq, qarşılarında duran vəzifələrin həyata keçirilməsinə nail olurlar. Bu qəbildən ölkə üzrə inkişafını və ümumi iş fəaliyyətini mövcud Dövlət Qanunvericiliyinin tələbləri əsasında quran  Maştağa bələdiyyəsi də öz fəaliyyətini bələdiyyə iclasları əsasında quraraq, yerli Proqramlara, İllik Planlara və bələdiyyə qərarlarına uyğun şəkildə müəyyənləşdirib və maliyyə əsaslarını təşkil edən Yerli büdcə gəlirləri və xərcləri üzrə iş prinsipini qurmuş və əsas fəaliyyətini formalaşdırmaqla, öz üzərinə düşən vəzifələri ötən beşilliklərdə olduğu kimi, eləcə də cari beşilliyin birinci ilinin başlanğıcından başlayaraq, yerli özünüidarəetmələrə verilən hüquq və səlahiyyətləri daxilində yerinə yetirməkdədir.

Bu məqsədlə 2025-ci ilin birinci altıaylıq müddətində Maştağa bələdiyyəsi inzibati ərazsində vergitutma obyektləri və digər gəlir mənbələrindən Yerli büdcə gəlirləri üzrə qarşıya qoyduğu tələb və öhdəliklərin yerinə yetirilməsi nəticəsində yerli əhəmiyyətli məsələ və yerli problemlərin həlli ilə bağlı  vətəndaş müraciətlətin təmin olunmasını, eləcə də sakinlərin sosial müdafiəsi və təminatı ilə bələdiyyənin yerli sosial- iqtisadi inkişaf quruculuğundakı iştirakını fəal təşkil edərək, yerli özünüidarəetmənin yarımillik fəaliyyətini və xidmətini səmərəli şəkildə qurmağa təşəbbüs göstərmişdir.

Deyilənlərə əsas olaraq, aşağıda təqdim edəcəyimiz cari yarımillik müddət ərzində - 2025-ci ilin yanvarından – 01 iyul ayı tarixinə qədər dövrü əhatə edən Yerli Büdcə gəlirləri və xərcləri üzrə maliyyə hesabatı Maştağa bələdiyyəsinin ümumi fəaliyyəti və xidmətləri haqqında kifayət qədər təsəvvür yarada bilər.

Belə ki, ilk növbədə ötən ildən yeni təqvim ilinə maliyyə qalığı cəmi – 6684 manat məbləğdə olmaqla,  2025-ci ilin birinci altıaylığında Maştağa bələdiyyəsinin inzibati ərazisində mövcud  vergitutma obyektləri və  digər gəlir mənbələri Yerli büdcəyə maliyyə vəsaitlərinin  mədaxili aşağıdakı gəlir istiqamətləri və gəlir normativləri ilə daxil olmuşdur.

Belə ki, vergilərdən daxil olmaların ümumi yekunu – 183387 manat məbləğdə olmaqla ;

o cümlədən,

1.1       fiziki şəxslərdən torpaq vergisi – 39782 manat ;

1.2       fiziki şəxslərdən əmlak vergisi – 143604 manat;

2.         Vergi olmayan gəlirlərdən daxil olmaların ümumi yekunu isə – 42647 manat məbləğdə olmaqla ;

o cümlədən,

2.3 bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahəsində stasionar və ya səyyar ticarət və digər xidmətlərə görə ödənişlərin cəmi – 18588 manat;

2.6.4 torpaq icarəsindən yekun cəmi – 14481 manat məbləğdə ;

2.9 Digər (ritual xidmət üzrə) gəlirlər cəmi – 9578 manat məbləğdə hesablanılmaqla, yarımillik hesabat dövründə Yerli büdcənin ümumi mədaxilinin yekun cəmi – 226.035 manat məbləğdə (üstəgəl əlavə cari ilə maliyyə qalığı – 6684,25 manat ) maliyyə vəsaiti təşkil etmişdir. Eyni zamanda, Yerli büdcənin bu  gəlirlərinin müqabilində cari ilin hesabat dövründə büdcə xərcləri təsnifatı üzrə yerli büdcə xərclərinin yekun cəmi– 203.428 manat məbləğdə təşkil olunmaqla və həmçinin 2-ci altıaylıq mərhələyə - 01.07.2025-ci tarixə – 29.290 manat məbləğdə maliyyə qalığı ilə keçməklə, Maştağa bələdiyyəsi birinci yarımilliyi başa vurmuşdur.

Belə ki, bələdiyyə ərazisində yerli gəlirtutma obyektləri və gəlir mənbələrindən mədaxil olunan gəlirlər əsasında yerli özünüidarəetmənin ümumi fəaliyyəti ilə bağlı görülmüş işlər haqqında, o cümlədən, maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi, həmçinin Yerli büdcənin icrası ilə əlaqədar 2025-ci ilin hesabat dövründə yerli büdcə xərclərini konkret xərc istiqamətləri və onlara müvafiq xərc normativləri ilə təsnifatın hər iki bölməsini müvafiq ardıcıllıqla təqdim etməklə, aşağıdakı Maştağa bələdiyyəsinin yarımillik maliyyə hesabatı aşağıdakı qayda üzrə Yerli büdcə xərclərini təşkil etmişdir. O cümlədən,

1. Yerli özünüidarəetmə orqanının saxlanması xərcləri üzrə yekun cəmi – 134738,61 manat məbləğdə olunmaqla ;

o cümlədən,

1.1 Əməyin ödənişinə cəmi – 110400 manat məbləğdə ;

1.1.1 Əmək haqqına – 92492 manat ;

1.1.2 Əmək haqqına üstəlik – 17906 manat ;

o cümlədən,

-           Məcburi dövlət sığorta haqqı üçün – 15609 manat ;

-           İşsizlikdən sığorta haqqı üçün – 458 manat ;

-           İcbari tibbi sığorta haqqı üçün – 1839 manat ;

1.2 Malların alınması və xidmətlərin haqqının ödənilməsi – 3837 manat məbləğdə ;

o cümlədən,

1.2.1    Təsərrüfat məqsədləri üçün malların, inventar və avadanlıqların (6 ədəd stol – 601,08 manat məbləğdə ), dəftərxana ləvazimatı (hesabat dövrü müddətində - 1074,75 manat məbləğdə), yanacaq sürtkü materiallarının alınmasına ümumi cəmi – 1675,83 manat ;

1.2.2    Kommunal və kommunikasiya xidmətlərinin ödənilməsinə ümumi cəmi – 2161,07 manat ;

o cümlədən,

-           elektrik enerji haqqı üçün – 1030 manat ;

-           qaz-istilik enerji haqqı üçün – 368 manat ;

-           telefon, abunə və internet haqqı üçün – 762 manat ;

1.3.3 Sair xərclər – 20502 manat məbləğdə ;

o cümlədən, 

-           Assosiasiyaya köçürmə - 1050 manat ;

-           Azərbaycan Milli Ordusuna köçürmə - 1200 manat ;

-           Büllüten üçün – 436 manat ;

-           İcbari (işçi) sığortası üçün – 359 manat ;

-           Bank, poçt və sair xidmət haqqı (onlayn əmlak siyahısı üçün) – 10414 manat ;

-           Qəzet abunə haqqı – 1468 manat ;

-           Marka və zərflərin alınmasına – 400 manat ;

-           Printerin alınması və katriclərin doldurulmasına – 720 manat ;

-           İnzibati binanın icarə haqqı – 2600 manat ;

-           Audit xidməti haqqı – 1800manat ;

-           Ödənişin geri qaytarılması – 54 manat məbləğlərdə hesablanılaraq, eyni zamanda, büdcə xərcləri təsnifatının ikinci bölməsi üzrə isə,

2. Yerli sosial müdafiə və təminat, sosial inkişaf proqramlarının maliyyələşdirilməsinə çəkilmiş xərclərin yekun cəmi – 66.325 manat məbləğdə təşkil edilməklə,

o cümlədən,

1.4       Sosial yardımlar üzrə cəmi – 8295 (Qurban bayramı münasibətilə - 6300; 8 Mart Beynəlxalq Qadınlar günü ilə əlaqədar – 600 ; yerli sakinlərin sosial müdafiəsinin təşkili məqsədilə - 1394 ) manat ;

1.5       Əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım göstərilməsi üzrə cəmi – 700 manat ;

1.6       Qəbiristanlıqların saxlanılması və idarə olunması xərclərinin cəmi – 1600 manat ;

2.8 Bələdiyyə (yerli əhəmiyyətli, məhəllədaxili) yollarının saxlanılması üzrə (kollektiv vətəndaş müraciətlərinin təmin olunması məqsədilə bələdiyyə sifarişi – podrat müqavilə əsasında) çəkilən xərclərin cəmi – 55.110 manat;

2.9 Abadlaşdırma ( şəhid Kərim Eldarovun məzarının təmir – bərpası və məzarətrafı abadlıq işləri ) üzrə xərclər – 620,00 manat ;

5. Ətraf mühitin mühafizəsi xərcləri – 1225 manat ;

7. Digər xərclər – 1140 manat

məbləğlərdə büdcə təsnifatının müəyyən xərc istiqamətləri üzrə Yerli büdcədən müvafiq maliyyə vəsaitləri ayırmaqla, təyinatı məqsədlərə xərc olunmuşdur.

Bununla belə, eyni zamanda, 2025-ci ilin birinci altıaylıq hesabat dövründə Maştağa bələdiyyəsinə yerli əhəmiyyətli məsələ və yerli problemlərin həlli ilə əlaqədar, həmçinin digər mövzu və sorğular barədə daxil olan məktub və müraciətlər cari ilin birinci yarımillik müddətdə yerli özünüidarənin poçtundan müvafiq və yerli icra orqanı, idarə və təşkilatlardan gələn 137 məktub daxil olmuş, həmçinin fərdi və kollektiv şəkildə vətəndaşlardan yazılı şəkildə  440 ərizə və müraciət qeydiyyatdan keçmiş və bələdiyyə sədri və onun müavinləri tərəfindən şifahi olaraq, 1375 nəfər vətəndaş qəbulu həyata keçirilmişdir.

Maştağa bələdiyyəsinin cari ilin yarımillik dövrü üçün bələdiyyə fəaliyyəti ilə bağlı görülən işləri, maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsini əsaslandıran Yerli büdcə icrası haqqında hesabat bələdiyyənin 14 iyul 2025-ci il tarixli İclasının  (12№li protokolu üzrə) 1.1. və 1.2. saylı qərarları ilə təsdiqi olunmuşdur.

Bununla da, Maştağa bələdiyyəsi 2025-ci ilin I  altıaylığı dövründə yerli büdcə gəlir və xərclərinə uyğun və illik əsas iş planına əsasən eyni zamanda, vətəndaş müraciətlərinin təmin olunması üzrə fəaliyyəti haqqında hesabatını  yekunlaşdırıb, cari ilin 01 iyul ayına – II yarımillik dövrə - 29290 manat məbləğdə maliyyə qalığı ilə keçərək, növbəti mərhələdə də üzərinə düşən vəzifə və öhdəlikləri üzrə yerli əhəmiyyətli məsələlərin və yerli problemlərin həllini bir qayda olaraq, davam etdirməyə başlamışdır.

Odur ki, əsas məqsədimiz qarşımıza qoyduğumuz vəzifələri layiqincə yerinə yetirməkdir. Maştaga bələdiyyəsinin kollektivinin bütün üzvləri fəaliyyəti məhz bu məqəsdin icrasına yönəlib.

Mikayıl Məmmədov

Sabunçu rayonu Maştağa bələdiyyəsinin sədri

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər