“Təmiz sahil, təmiz dəniz” devizi altında iməcilik keçirilib
Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Sumqayıt Bələdiyyəsinin və 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə təşkilatçılığı, eləcə də şəhərin digər aidiyyəti idarə, müəssisə və təşkilatlarının əməkdaşlarının iştirakı ilə Corat qəsəbəsində yerləşən çimərlikboyu ərazidə “Təmiz sahil, təmiz dəniz” devizi altında iməcilik aksiyası keçirilib.
İməcilik zamanı sahilboyu ərazi məişət və digər
tullantılardan təmizlənib, ərazidə səliqə-sahman yaradılıb. Aksiyanın keçirilməsində
əsas məqsəd sahilyanı ərazilərin təmiz saxlanılması, Xəzər dənizinin ekoloji
mühitinin qorunması və ətraf mühitə məsuliyyətli münasibətin təşviq edilməsidir.
Dəniz sahili hamımızın istifadə etdiyi məkandır. Onun necə qalacağı isə hər
birimizin ora necə münasibət göstərməsindən asılıdır.
Təbiətə göstərdiyimiz qayğı yaşadığımız şəhərə və gələcəyimizə göstərdiyimiz qayğıdır.
Rəylər
0 Rəy