Əsli Qasımova: “Bu gün bələdiyyənin qarşıya qoydugu əsas vəzifə yerli büdcə gəlirlərinin artırılmasıdır”
“Hacı Zeynalabdin bələdiyyəsinin cari ilin ilk 6 ayında əldə etdiyi büdcə gəlirlərinin ümumi həcmi 67.253 manat təşkil edib”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Əsli Qasımova deyib.
Sədr qeyd edib ki, cari ilin ilk altı ayı ərzində
7.264 manat fiziki şəxslərdən torpaq vergisi, 16.843 manat fiziki şəxslərin əmlak
vergisi, 20.816 manat bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən,
22.330 manat bələdiyyə əmlakının icarəsindən daxil olub.
Son üç ilin büdcə gəlirlərinin təhlili göstərir ki, cari ildə bələdiyyənin büdcə gəliri 2024-cü illə müqayisədə 1.4 dəfə artıb.
Belə ki, 2024-cü ilin altı ayı ərzində-28.378 manat, 2025-ci ilin ilk altı ayı ərzində
45.251 manat, cari ildə isə 67.253 manat əldə olunub.
2025-ci
ilin ilk 6 ayında büdcə gəlirləri 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə
16.873 manat artmışdır. 2026-cı ilin ilk 6 ayında büdcə gəlirləri 2025-ci il
müvafiq dövrü ilə müqasiyədə 22.002 manat artmışdır.
Bu gün bələdiyyənin qarşıya qoydugu əsas vəzifə yerli büdcə gəlirlərinin artırılmasıdır. Bununla yanaşı vergi və ödənişlərin tam yığılmasının təmin edilməsi, bələdiyyə əmlakından istifadənin səmərəliliyinin artırılması, yeni layihələrin maliyyələşdirilməsi və əhaliyə göstərilən xidmətlərin yaxşılaşdırılması, büdcə gəlirləri hesabına həyata keçirilən layihələri həcminin artırılması bələdiyyənin əsas vəzifələrindəndir.
Belediyye.info
Rəylər
0 Rəy