Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-11-2026 , 22:03

90

Son xəbərlər

Bütün xəbərlər

Bu gün onun günüdür!

Sumqayıt
15-11-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Boradigah bələdiyyəsində sakinlərlə görüş keçirilib


Masallı rayonu, Boradigah bələdiyyəsinin sədri Tünzalə Qardaşovanın verdiyi məlumata görə, bu gün bələdiyyənin təşkilatçılığı ilə sakinlərlə görüş keçirilib.

Görüş zamanı bələdiyyənin fəaliyyəti, indiyədək görülmüş işlər, qarşıda duran vəzifələr və sakinləri narahat edən məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müzakirələrdə əsas diqqət suötürücü kanalların vəziyyətinə, bələdiyyə torpaqlarının idarə olunmasına, ərazinin sanitar təmizliyinə, abadlıq və quruculuq məsələlərinə yönəldilib. Sakinlərin müraciət və təklifləri dinlənilib.

Görüşdə Vasif Hüseynov tərəfindən yazılı şəkildə təqdim edilmiş, bələdiyyə yanında İctimai Nəzarət Şurasının yaradılması təşəbbüsü də iştirakçıların diqqətinə çatdırılıb.

Təklif həm bələdiyyə rəhbərliyi, həm də görüş iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tünzalə Qardaşova təşəbbüsün əhəmiyyətini qeyd edərək, növbəti mərhələdə onun hüquqi və təşkilati baxımdan reallaşdırılması imkanlarının müzakirə olunacağını və müvafiq addımların atılacağını bildirib.

Bələdiyyə sədrinin sözlərinə görə, vətəndaşların idarəetmə prosesində fəal iştirakı, konstruktiv təklifləri, eləcə də ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi bələdiyyə fəaliyyətində şəffaflığın və hesabatlılığın artırılmasına xidmət edir.

Görüşün sonunda iştirak edən sakinlərə təşəkkür edilib, onların gələcək görüşlərdə də fəal iştirakının vacibliyi vurğulanıb.

Belediyye.info






Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şəhid ailəsi ziyarət olundu

Region
06-11-2026
307